beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı tibb statistikaları

- Hər bir insan yaşadığı müddət ərzində 22 kiloqram dəri itirir.
- Hər min uşaqdan biri tək dişlə doğulur.
- İnsanın xromosomlarının sayı 46, şirin su yosunununku isə 200
- İnsan bədənindəki damarların uzunluğu təxminən 96 min kilometrdir
- İnsan aclıqdan əvvəl yuxusuzluqdan ölür.
- Hər 20 nəfərdən birinin, xüsusilə də kişilərin qabırğasının sayı 1 ədəd artıqdır.
- İnsanın saç telinin sayı təxminən 100 mindir.
- Ürək gündə orta hesabla 100 min dəfə döyünür.
- İnsan DNT-i ilə şempazelərinki arasında oxşarlıq yüzdə 98, 4-dür.
- 300 sümüklə doğulan insan oğlu yetkinləşdikdən sonra bu say 206-ya düşür.
- Sağlam bir insanın dırnağının tam şəkildə inkişafı 4-6 ay çəkir.
- Diş minası insan vücudundakı ən sərt maddədir.
- Böyrəklər qanı gündə 300 dəfəyə qədər filtirləyir.
- Barmaqlar orta hesabla bir həyat boyunca təxminən 25 milyon dəfə açılıb yumulur.

İnsan haqqında maraqlı və heyrətli faktlar oxumağınız da məsləhətdir. Məlumatlar Irving Wallace, David Wallechinsky və Amy Wallace tərəfindən qələmə alınan almanaxdandır.

İnsan hüceyrələri
Bir insandakı ümumi hüceyrə sayısı 100 trilyondur.
Bir insandakı fərqli hüceyrə növləri 210-a yaxındır.
Hər saniyə ölən hüceyrə sayısı təxminən 50 milyondur.

Hər saniyə yaradılan yeni hüceyrə sayısı da təxminən 50 milyondur.
Ümumi eritrosit sayısı 25 trilyondur.
Ümumi leykosit sayısı 25-100 milyard arasındadır .qadın və kişi orqanizminin anatomik quruluşu

Ümumi sinir hüceyrəsinin sayısı 30 milyarddır. (bir milçəkdə 100 min, siçan beynində isə 10 milyon sinir hüceyrəsi mövcuddur).
Beyin qabığındakı (korteks) sinir hüceyrəsi sayısı 10 milyarddır.

Beyincik korteksindəki hüceyrələrin sayısı 10 milyarddır.
Bütün sinir hüceyrələrinin ümumi sinaps cəmi 100 trilyondur.
Normal şəraitdə gündəlik ölən sinir hüceyrələrinin sayısı 50000-100000-dir.

Bir xatırlama prosesində fəal olan beyin hüceyrəsinin sayı 10 milyon - 100 milyondur.
Mədə turşusu istehsal edən hüceyrə sayı (kişidə) təqribən 1 milyard, (qadında) təqribən 820 milyondur.
Ən kiçik hüceyrə olan spermaların boyu - 3-5 µm-dir.

Beyindəki qlia hüceyrələrinin boyu isə 5 µm-dir.
Ən böyük hüceyrə olan yumurta hüceyrəsinin diametri 100-120 µm-dir.
Bir qaraciyər hüceyrəsinin ortalama böyüklüyü 30-50 µm-dir.

Bir eritrositin diametri 7 µm-dir.
Bir böyrək hüceyrəsinin nüvəsinin diametri 6.2 µm-dir.

Metafazda düzülmüş xromosomların ümumi sahəsi 4.5 µm-dir.
Bir mitoxondrinin diametri 0.5-1.2 µm-dir.
Bir ribosomun diametri 12-20 nm-dir.

Hüceyrə zərinin ümumi qalınlığı 8.0 nm-dir.
Bir amin turşusu molekulunun boyu 0.8-1.1 nm-dir.
Bir atomun diametri 0.1-0.5 nm-dir.

Üst dəri Epidermis hüceyrəsinin ömrü 4.3 gündür.
Ayaq dabanı epidermus hüceyrəsinin ömrü 19.1 gündür.
Nəfəs borusunu döşəyən epitel hüceyrəsinin ömrü 47.6 gündür.
Ağciyər alveol hüceyrəsinin ömrü 8.1 gündür.

Eritrositlərin ömrü 120 gündür.
Böyrək epiteli hüceyrəsinin ömrü 286 gündür.
Sümük hüceyrəsinin ömrü 25-30 ildir.
Sinir hüceyrələri isə ömür boyu çalışırlar.

Qeyd:
1µm (mikrometr)= 1/1.000 (10-3)mm
1 nm (nanometr) = 1/1000µm= 1/1.000.000 (10-6) mm


Tarix: 25.11.2014 / 18:16 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Maraqlı Melumatlar