Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayrılmış ətraf cərəyan ilə bərpa olunacaq

Mütəxəssislər cərəyan gücü hesabına yeni orqan və toxumaların yetişdirilməsinə başlamışlar.Hesab olunur ki,çox yaxın gələcəkdə elektrik cərəyanı hər-hansı bir səbəbdən ətrafını itirmiş insanlar üçün onun bərpasına kömək etmiş olacaqdır.Cərəyan artıq tibbi praktikada uzun müddətdir ki,uğurla tətbiq olunur. Məlum olduğu kimi,onurğa beyni zədələnmələrində neyronların sensor aktivliyini təmin etmək üçün kifayət qədər effektiv tətbiq vasitələrindən biri məhz cərəyandır.Artıq təcrübi olaraq uşaqların ətraflarında sıradan çıxmış sinir uclarının bioelektrik cərəyanı vasitəsilə bərpasının mümkünlüyü sübuta yetirilmişdir.Aberdin universitetinin mütəxəssisləri elektrik cərəyanı gücündən istifadə edərək yastı qurdların itmiş ətraflarının bərpasına nail ola bilmişlər.Elektrik sahəsinin qütblərinin dəyişdirilməsi isə onların quyruq yerləşdiyi yerdən başın inkişaf etməsinə səbəb olmuşdur.Davam etdirilən təcrübələr bu və ya digər formada əziyyət çəkən pasientlərin problemlərinin tamamilə həll ediləcəyinə əminlik hissi yaradır.


Tarix: 26.11.2014 / 12:05 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Maraqlı Melumatlar
loading...