Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

McDonalds yoxsa Subway

Fast food şəbəkəsi Subway restoranlarının sayında əsas rəqibi McDonald'sı ötərək dünyanın ən böyük restoranlar şəbəkəsinə çevrilib. Wall Street Journal-ın verdiyi xəbərə görə, 2010 -cu ilin sonunda bütün dünya üzrə Subway- in 33749, McDonald's- ın isə 32737 satış nöqtəsi var idi. ABŞ-da olan restoranlarının sayına görə Subway McDonald's- ı hələ 9 il əvvəl ötmüşdü.
subway
Subway ABŞdan kənarda ilk restoranını 27 il əvvəl 1984 - cü ildə Bəhreyndə istifadəyə vermişdi. Hal-hazırda ABŞdakı restoranlar istisna olmaqla Subway- in bütün dünya üzrə 10 minə yaxın satış nöqtəsi vardır. Onların illik gəliri 4,7 milyard dollar təşkil edir.
Yerli qida şəbəkələri Amerikan bazarını tam təmin etdiklərinə görə ilk öncə Asiyanın inkişaf etmiş bazarlarını mənimsəməyə çalışırlar. Belə ki, Subway 2020-ci ilə qədər ABŞdan kənarda restoranlarının sayını Amerikadakı səviyyəyə qədər çatdırmaq istəyir. Digər bir şəbəkə Starbucks yaxın zamanlarda Çindəki restoranlarının sayını 3 dəfə artırmaq fikrindədir. Çin bazarı ilə Dunkin' Brands də maraqlanır.
McDonald's da həmçinin ABŞdan kənarda fəal inkişaf etməyi planlaşdırır.Bu şəbəkə restoranlarının sayına görə yox lakin gəlirin səviyyəsinə görə dünya lideridir.
CNN qeyd edir ki, Subway -in bütün restoranları, McDonald's restoranlarının isə bir qismi françayzinq altında fəaliyyət göstərir.


Tarix: 25.11.2014 / 18:24 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Maraqlı Melumatlar
loading...