beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alma qazlı içkilərdən daha zərərlidir

İngiltərədə aparılan bir araşdırmaya görə, alma dişlərə qazlı içkidən 4 qat daha çox zərər verir.
İngiltərədə aparılan bir araşdırma, almanın dişlər üçün qazlı içkilərdən daha zərərli olduğunu ortaya çıxarıb. King's College London Diş İnstitutunda aparılan araşdırmada, alma yemənin dişlərə, qazlı içkilərdən 4 qat daha çox zərər verdiyi müşahidə edilib.
Araşdırmaya rəhbərlik edən Professor David Bartlett, "Həkimlər almanın sağlamlıq üçün faydalı olduğunu söyləyər. Haqlıdırlar. Ancaq almanı yavaş-yavaş yersinizsə tərkibindəki yüksək turşu miqdarı dişlərə zərər verə bilər" deyə açıqlama verib. Yaşları 18 və 30 arasında dəyişən 1000 kişi və qadın üzərində aparılan araşdırma zamanı məlum olub ki, alma yeyən insanların dişləri digərlərinə nisbətən 3.7 dəfə çox zərər görür.


Tarix: 22.11.2014 / 23:02 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Maraqlı Melumatlar