Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın sonunun gələcəyinə dair boşa çıxmış proqnozlar

Dünyanın sonunun çatmasına dair ( ya da digər hadisələr ) konkret tarix göstərilməsi ilə bağlı bir çox proqnozlar məlumdur. Bunlardan bəzilərini nəzərdən keçirək:

* 1533, 18 oktyabr - Alman riyaziyyatçısı və rahibi Maykl Ştifelin hesablamalarına görə dünyanın sonu tarixi;

* 1688 -1700 - şotland riyaziyyatçısı Con Neperin hesablamalarına və Apokalipsisə ( Məhşər ) dair şərhlərinə əsasən dünyanın sonu tarixi;

* 1736, 13 oktyabr - ingilis ilahiyyatçısı Uilyam Uistonun öncəgörmələrinə əsasən böyük daşqın nəticəsində dünyanın sonunun çatması;

* 1833, 12 noyabr - ABŞ-da güclü ulduz yağışı səbəbi ilə gələcək dünyanın sonunun gözləntisi tarixi;

* 1843, 3 aprel və 7 iyul - Uilyam Millerin ardıcılları tərəfindən Bibliyadakı peyğəmbərliklərin yozumuna uyğun olaraq İsa Məsihin ikinci zühurunun və Məhşərin başlanğıcının gözləndiyi günlər;

* 1919, 17 dekabr - Amerika meteoroloqu Albert Portun hesablamalarına görə 6 planetin paradı, Günəşdə partlayışlar və Yerin yanması nəticəsində dünyanın sonunun yetişməsi;

* 1945, 21 sentyabr, saat 5.33 - amerikalı keşiş Çarlz Lonqun vəhyinə əsasən Yerin yanması və dünyanın axırı;

* 1954, 20 dekabr - Amerikalı həkim - təmasşünas Çarlz Lauqhedin öncəgörmələrinə əsasən güclü zəlzələlər və daşqınlar nəticəsində dünyanın sonunun yetişməsi tarixi;

* 1970, 31 dekabr, saat 24.00 - Həqiqi Dünya Amerika xristian kilsəsinin hesablamalarına əsasən dünyanın sonu;

* 1980, 29 aprel - ABŞ dağlarında sığınacaq yaratmış Leland Censen və Çarlz Heynqin bəhai təriqətinə görə nüvə müharibəsi nəticəsində dünyanın sonu;

* 1996, 17 dekabr - Amerika öngörücüsü Şeldon Nidlin proqnozlarına görə yadplanetlilərin və mələklərin kütləvi şəkildə gəlməsi ilə Yer üzünün yanıb külə çevrilməsi ilə dünyanın sonu;

* 1998-2001 - Çili astronomu Karlos Munyen Ferraronun hesablamalarına görə Bernar-1 planetinin Günəş sistemindən keçməsi nəticəsində dünyada həyatın sonu;

* 2001, 11avqust - bəzi Amerikalı astronomların hesablamalarına görə Yerin və Günəş sisteminin qara dəliyə sovrulması nəticəsində dünyanın sonu;

* 2009 - Piter Lorinin yozumuna görə Nostradamusun senturiyasında dünyanın sonu ilə bağlı tarix. Armageddon ( xeyirlə şər arasında son döyüşün olacağı İsraildəki ( Fələstindəki ) dağ.


Planetimiz şükür ki, hələ duruş gətirir və yalnız Uca Allahın bildiyi ana tarixə qədər dayanıb - duracaq. İndiyədək yaradılmışların " ən alisi və şüurlusu olaraq " bizim üzərimizə düşən vəzifə isə çox sadədir: Xaliqimizin iradəsinə zidd getməmək və Onun yaratdığı nə varsa, heç birinin təkamül qanunlarını pozmamaq. Allahın verdiyi şüurdan ilk növbədə elə Onun özünün bizə nələr demək istədiyini anlamaqdan , doğru - dürüst, halal yaşamaqdan ötrü istifadə etmək , vəssalam. Allah bizi qorusun. AMİN!


Tarix: 26.11.2014 / 11:12 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Maraqlı Melumatlar
loading...