beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siqaretin daha YENİ bir fəsadı tapıldı

Siqaretin nə qədər ziyanlı olduğunu hamı bilir. Bu az imiş yenisini də tapdılar.
Siqaretin daha bir ziyanı ortaya çıxdı. Sən demə siqaret çəkənlər daha çox bel ağrısından əziyyət çəkirlər.
Amerikalı alimlər zərərli vərdişlə bağlı daha bir araşdırma aparıblar. Nəticədə bəlli olub ki, siqaret çəkənlər çəkməyənlərlə müqayisədə xroniki bel ağrılarından 3 dəfə daha çox əziyyət çəkirlər.

Bunu müəyyən etmək üçün bel ağrısından şikayət edən onlanın beyin tomoqrafiyası çəkilib. Onlar bir ildə 5 dəfə müayinə ediliblər. Onların siqaret çəkib çəkmədiyi soruşulub və ağrıları dəyərləndirmələri xahiş edilib.
Siqareti atanlarda xroniki ağrıya olan həssaslıq azalır.
Belə ki, siqaret beynin bel ağrısına verdiyi reaksiyaya təsir edir və insanların ağrıya dözümsüz olmasına yol açır.


Tarix: 22.11.2014 / 22:01 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Maraqlı Melumatlar