beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Özünə biganəlik xəstəliyi

ABŞ Mayo klinikasından olan həkim Maykl Joyner özünə biganə olmağı bir xəstəlik olaraq təyin etmiş və hətta bütünlükdə bu prosesin detallarını incələyərək onu terminləşdirmişdir.Bu yeni xəstəliyə Leyzitis (Lazy-tənbəl ing.) adını verən həkim-tədqiqatçı hesab edir ki,xəstəlik olaraq bir o qədər də ciddi probıem olmasa da fəsadları və ağırlaşmaları piylənmə,2-ci tip şəkərli diabet,hipertoniya,dayaq-hərəkət və ürək-damar sistemi pozğunluqları kimi kifayət qədər təhlükəli nəticələrə səbəb olur.Hərəkətsizliyin davam etməsi orqan və sistemlərin fəaliyyətinə olduqca mənfi təsir edir:Əzələ kütləsi və dövr edən qanın həcmi azalır,sümüklər zəifləyir,oynaqlar yorğunlaşır,ümumi tonus hiss ediləcək qədər aşağı enir.Həkim sivilizasiyanın xəstəliyi hesab etdiyi Leyzitisi alkoqolizm və digər asılılıq fonunda inkişaf edən psixiatrik xəstəliklər kimi kompleks müalicə etməyi təklif edir.


Tarix: 26.11.2014 / 11:53 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Maraqlı Melumatlar