beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Banan, moruq, pomidor

Italyan və ingilis alimlərdən ibarət qrupun araşdırması gündə 3 banan yeyən şəxsin insultdan ölmə riskinin 21% azaldığını göstərib. Banan onkoloji xəstəliklərin qarşısının alınmasında da yardımçıdır.
ABŞ-dakı Klemson Universitetinin alimləri moruğun tərkibində xərçəg hüceyrələrini zərərsizləşdirən maddələrin olduğunu aşkarlayıblar.
Moruq məti bağırsaqdakı xərçəng hüceyrəsinə təsir edərkən bədxassəli hüceyrələrin 90 faizindən artığı məhv olub. Moruğun tərkibində antixərçəng xassələrə malik xeyli antioksidant var. Xatırladaq ki, məşhur antioksidantların heç biri bədxassəli hüceyrələrin 90 faizindən artığını məhv edə bilmir.
Eksperimentlər göstərib ki, gündəlik rasionunda pomidor salatına üstünlük verən xanımlar digər həmyaşıdları ilə müqayisədə 5 yaş cavan görünür. Bu, pomidorun tərkibində «orqanizmin müdafiəçisi olan» çoxsaylı maddələrin mövcudluğu ilə bağlıdır.
Pomidor ürək-damar sistemində çatışmazlıqların, həmçinin onkoloji xəstəliklərin qarşısını da alır.


Tarix: 25.11.2014 / 18:32 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Maraqlı Melumatlar