beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Adını tarixə yazdıran 8 daun sindromlu insan

Daun sindromu bir xəstəlik deyil. Onun nə müalicəsi var, nə də dərmanı. Daun sindromundan əziyyət çəkən insanlar sadəcə daha çox diqqət və qayğı istəyirlər.

Meqan Mak Kormik
Meqan ABŞ-da Texniki Universiteti fəxri dərəcəylə bitirən ilk məzundur. Meqanın xəyalı kiçik uşaqlara dərs deyərək, onlara nümunə olmaqdır. Anası qızının bu uğurunun sirrini onun istəklərinə, bacarıqlarına qadağa qoymamaqda, dəstək olmaqda görür.

Valentino Querrero
Valentino 2012-ci ildə dünyanın ən gənc və ən məşhur modellərindən biri oldu. Onun gülümsəməsi 2 gün ərzində bütün dünyada məşhur oldu və tez bir zamanda «People» jurnalının siması olmağı bacardı.

Ayelen Barrerio
Ayelen məşhur Cənubi Amerikanın məşhur rəqs nümayişlərindən birinə rəqqasə olaraq seçilib.

Maria Jose
15 yaşlı Maria Joseyə Ekvador prezidenti Rafael Korrea prezidentlik kəməri taxıb. Daun sindromlu xəstələr arasında yeganə olaraq Maria, bu qüruru daşımaq üçün seçilmişdi.

Pablo Pinado
38 yaşlı İspaniyalı Pablo Avropa universitetində təhsilini bitirən ilk Daun sindromlu insandır. Müəllimliklə yanaşı həm də aktyordur. 2009-cu il San Sebastyan film festivalında oynadığı rol ona məşhurluq qazandırmışdı.

Anqea Beşillier
2013-cü ildə Anqela ilk olaraq bələdiyyə üzvü seçilib. Hazırda İspaniyada bələdiyyədə işləyir.

Eli Reymer
Eli 2012-ci ildə Everest zirvəsinə çıxan ilk Daun sidromlu insandır. Bunun üçün atasının yanında tam 1 il hazırlıq görüb.

Qroesser Oven
Daun sindromlu gənc basketbolçu Qroesser özünəməxsus bacarığı ilə uğur qazanaraq ESPN idman mərkəzinin də marağını qazanıb.


Tarix: 25.11.2014 / 10:53 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Maraqlı Melumatlar