beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Doktor Google" və ya özbaşına diaqnostikanın axmaq yolu

Mən ürək tutması keçirirəm? Özüm təyin etdiyimə görə bu belədir, bunu mənə Google-dan öyrəndiyim simptomlar deyir. Lakin, digər şərtləri də nəzərə alaraq ümumi halı əks etdirən obyektiv fikri bilmək üçün həkimlə də məsləhətləşmək lazımdır ki, bunun sadəcə hıcqıraq olmadığına əmin olasan.
Biz internet vasitəsi ilə özbaşına xəstəliyimizə diaqnoz qoyarkən sadəcə simptomlar üzərində diqqətimizi toplayıb ümumi vəziyyəti görə bilmirik.
Alimlərin apardığı sınaqlar və müşahidələr nəticəsində ortaya çıxır ki, həkimin və ya diaqnozu qoyanın xəstə ilə aralarında olan məsafə, psixoloji məsafə yaradır və diaqnozun qoyulmasında mühüm rol oynayır. Bu məsafə həmçinin iki tərəfin həm həkimin həm də xəstənin əminlik hissini azaldır.
Müşahidələr göstərir ki, insan özü-özünə diaqnoz qoyarkən, daha ciddi yanaşmalarına baxmayaraq, onlar sadəcə simptomlara fikir verirlər və ümumi halı görə bilmirlər.
Sınaqlar göstərmişdir ki, Hepatit C, qrip və ya süd vəzi xərçənginin özbaşını diaqnozu zamanı insanların bəziləri simptomlara bəziləri isə bu simptomların yaratdığı fəsadlara daha çox əhəmiyyət verirdilər. Bu zaman, bir qrup insanlar simptomlarla bir qrupu isə xəstəliyin yaratdığı fəsadlarla mübarizə yolları axtarırdılar.
Öz-özünə diaqnoz təyin edilməsində həmçinin insanlarda özünə qarşı olan müsbət və ya mənfi fikirlilikdə mühüm rol oynayır.
Obyektiv fikri bilmək və düzgün diaqnozu öyrənmək üçün mütəxəssisə müraciət edin.
Müşahidələr göstərir ki, xəstənin sağalmağa olan marağı, həmçinin xəstəliy haqqında öyrənmək və ya yaxsı mübarizə aparmaq marağı, çox vaxt xəstələrə müsbət təsir edir. Lakin həkimlə məsləhətləşməmiş istifadə olunan müalicə üsulları, bundan da əlavə özbaşına qəbul olunan dərman preparatları xəstələrdə çox ciddi fəsadlara səbəb ola bilər.
Bir xəstəyə verilə biləcək ən yaxşı məsləhət, "Google" həkim yerinə real həkimə müraciət etməsidir.
Real həkimlər, xəstəliyə ümumi və kənardan baxıb obyektiv diaqnoz qoyurlar.


Tarix: 09.01.2015 / 11:31 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Maraqlı Məlumatlar