beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Beynin maqnit dalğalarla stimullaşdırılması siqaret istəyini müvəqqəti də olsa, azaldır

Alimlər beynin maqnit dalğalarla stimullaşdırılmasının siqaret istəyini müvəqqəti də olsa, azaltdığını deyir.
Dünyada hər il siqaretin səbəb olduğu xəstəliklərdən 5 milyon insan dünyasını dəyişir. Siqaret xərçəng, ürək-damar və tənəffüs orqanları xəstəliklərinə yol açır.
Tütün alışqanlığı olduqca ciddi bir asılılıqdır. Dərmanlar, hipnoz və akupunkturalara baxmayaraq, siqareti atanların 90 faizi yenidən siqaretə qayıdır.
Tütünün tərkibindəki nikotin beynin mərkəz bölgəsində həzz hissi və asılılıq yaradır.
Cənubi Karolina Tibb İnstitutunun alimi, doktor Singbao Li tədqiqatların beynin həzz hissini təmin edən ön qabığı üzərində cəmləşdiyini deyir.
Nikotindən asılılığı olan könüllülərin beyinlərinə magnit stimullaşdırılması verilib.
Bu üsuldan depressiyaların müalicəsində də istifadə edilir. 15 dəqiqəlik sessiya siqaret çəkmək istəyini azaldır.
Təsir müvəqqəti olsa da, alimlər prosedurun təkrarlanmasının siqaretdən tam əl çəkilməsini təmin edəcəyinə ümid etdiklərini deyirlər.


Tarix: 09.01.2015 / 10:50 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Maraqlı Məlumatlar