beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yumruqları sıxmaq - yaddaşa kömək edə bilər

Sadəcə yumruqları sıxmaq - yaddaşa kömək edə bilər, yeni tədqiqatın nəticələri göstərir.

Sağ əli 90 saniyə ərzində sıxmaq yaddaşı formalaşdırmağa kömək edir. Eyni hərəkəti sol əllə etmək isə yada salmağı yaxşılaşdırır, ABŞ psixoloqları deyirlər.
Sınaqda iştirak edən 50 adam yumruq sıxmaqla uzun siyahıdakı sözləri daha yaxşı yadda saxlayıb.

Tədqiqatçılara rəhbərlik edən alim, Nyu Cersidə yerləşən Montclair Dövlət Universitetindən Ruth Propper güman edir ki, sadə bədən hərəkətləri vasitəsilə beyinin necə işlədiyini müvəqqəti dəyişərək, yaddaşı yaxşılaşdırmaq olar.

"Sağ əli - informasiyanı öyrənəndən dərhal öncə sıxmaq, sol əli isə informasiyanı xatırlamaqdan dərhal öncə sıxmaq, yaddaşı yaxşılaşdırmağa kömək edə bilər", Dr Popper BBC-ə deyib.

Tədqiqatçılar düşünürlər ki, yumruğu sıxmaq - yaddaşla əlaqədar xüsusi beyin nahiyələrini aktivləşdirir.


Tarix: 09.01.2015 / 10:48 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Maraqlı Məlumatlar