beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şah Abbas məscidi (İrəvan)

İrəvan məscidləri arasında sənət dəyəri baxımından Şah Abbas məscidi əhəmiyyətli bir yeri var. 1606-cı ildə inşa edilən məscidə xalq Şah Abbas məscidi adını vermişdir. Eyni zamanlarda Gəncədə inşa edilən məscid də eyni memar Şeyx Bahəddin tərəfindən inşa edildiyindən bir-birlərinə çox bənzərlər. İrəvan Xan sarayının (Sərdar sarayı) şərq yanına inşa edilən məscidin yanında mədrəsə, kitabxana və mehmanxana tikilmiş olub böyük bir həyətlə ətraflanan möhtəşəm bir arxitektura külliyyə olaraq elm mərkəzi vəzifəsi ifa etmişdir. İrəvan xanlığı zamanında məscidin aş evində kasıblara gündə üç pay yemək verilməkdə idi. Dini bir məkan olmanın yanında ictimai bir quruluş olan bu məscid ermənilər tərəfindən hər fürsətdə korlandığından bu gün xaraba halındadır.


Tarix: 25.02.2013 / 22:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 211 Bölmə: Məscidlər