beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəmirbulaq məscidi

Dəmirbulaq məscidi — İrəvan şəhərinin azərbaycanlılar yaşayan Dəmirbulaq məhəlləsində XVII-XVIII əsrlərə aid müsəlman məscidi.

Şəhərin Dəmirbulaq məhəlləsində yerləşdiyi üçün Dəmirbulaq məscidi, məscid binasının üstündə düzəldilmiş günlüyə görə isə Günlüklü məscid adlanmışdır.

Məscid İrəvan şəhərinin varlı şəxslərindən olan Hacı Müzəffər Ağa tərəfindən XVII-XVIII əsrlərdə tikdirilmişdir.

1988-ci ilə qədər fəaliyyət göstərən və şəhərin dindar müsəlmanlarına xidmət edən məscid həmin ilin fevral ayında erməni millətçiləri tərəfindən hücuma məruz qalmış, talan edilmiş və yandırılmışdır.


Tarix: 25.02.2013 / 22:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 162 Bölmə: Məscidlər