beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eyxler dağlaləsi

Eyxler dağlaləsi (lat. Tulipa eichleri) — zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü.

Şərqi Zaqafqaziyanın nadir endemik növüdür. Qazax (Ceyrançöl, Molladağ ətrafında), Şamaxı (Xilmilli, Təklə, Bəklə, Mirzəbaba kəndləri ətrafında) rayonları, step yaylası, Samur-Dəvəçi və Alazan-Əyriçay ovalığında yayılmış, Azərbaycandan kənarda isə İranda yayılması güman edilir. Quru, otlu yamaclarda bitir. Seyrək rast gəlir.

Poçt markası (1993).Mündəricat
1 Çoxalması
2 Ehtiyatının dəyişilmə səbəbləri
3 Becərilməsi
4 Qəbul edilmiş qorunma tədbirləri
5 Mənbə
6 Xarici keçidlər


Çoxalması

Toxumla və vegetativ yolla çoxalır.

Ehtiyatının dəyişilmə səbəbləri

Ot çalınması və mal-qara otarılması.

Becərilməsi

Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir.

Qəbul edilmiş qorunma tədbirləri

Mühafizəsi üşün xüsusı tədbirlər hazırlanmamışdır.

Mənbə

Azərbaycan SSR-in Qırmızı kitabı, 1989


Tarix: 13.03.2013 / 20:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 186 Bölmə: Kitablar elm