Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Efes Kelsus Kitabxanası

Efes Kelsus Kitabxanası - Efes antik şəhərində yerləşən antik kitabxana. Roma İmperiyası dövründə 110 - 135-ci illərdə inşa olunan kitabxana iki mərtəbədən ibarətdir. Efes Kelsus Kitabxanasında 14 minə qədər kitabın saxlanıldığı ehtimal olunur. Kitabxana uzun müddət Efes şəhərində yaşayan əhali üçün fəaliyyət göstərmişdir. Efes Kelsus Kitabxanasında bəzi mühüm kitablar kitabxananın divarında oyulmuş rəflərdə saxlanılırdı. III əsrdə baş vermiş zəlzələ nəticəsində kitabxananın oxuzalı yanmış, lakin daha sonra təmir edilmişdir. Orta əsrlərdə baş vermiş zəlzələ nəticəsində kitabxana dağılmış və yararsız vəziyyətə düşmüşdür.

Efes Kelsus Kitabxanası oğul Kelsus tərəfindən Asiya bölgəsinin rəhbəri olan atası K.Kelsusun şərəfinə 135-ci ildə inşa edilmişdir. Kitabxananın girişinə ədaləti və düzgünlüyü göstərən dörd ədəd heykəl yerləşdirilmişdir. Kitabxananın şimal hissəsində divar yazıları latın, cənub hissəsində ki, divar yazıları isə yunan dilində yazılmışdır və hər iki yazı Kelsus və oğıu Aqulianın həyatları və fəaliyyətləri haqqındadır. Kelsus kitabxananın zirzəmisində dəfn olunmuşdur.


Tarix: 13.03.2013 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 183 Bölmə: Kitablar elm
loading...