beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Budaqlı danaya

Budaqlı danaya (lat. Danae racemosa), bikəvərkimilər (Ruscaceae) fəsiləsindən bitki növü.

Arealı azalmaqda olan relikt növdürMündəricat
1 Yayılması
2 Çoxalması
3 Mənbə
4 Xarici keçidlər


Yayılması

Astara (Şüvi kəndi və Astara ətrafında), Lənkəran (Aşağı və Yuxarı Apo kəndləri), Lerik (Lerik və Vistan kəndi), Qəbələ (Qüybəd dağında), İsmayıllı (Xanəgah kəndində) rayonları. Azərbaycandan kənarda – Şimali İran, Suriya, Kiçik Asiya və Yunanıstan. Bitdiyi yer. Dəniz səviyyəsindən 1200 m hündürlükdə aşağı və orta dağlıq qurşağının, rütübətli və kölğəli enliyarpaqlı meşələrdə, qayalıqlarda və dərələrdə

Ehtiyatı çox deyildir. Hirkan tipli meşələrdə tək-tək rast gəlir. Bəzən kiçik qruplar şəklində bitir.

Çoxalması

Toxumla və vegetativ yolla (kök pöhrələri ilə) çoxalır.

Meşə sahələrindən kənd təsərrüfatı əkinləri üçün istifadə edilməsi, budaqlarının buket, əklil və bəzək üçün kəsilməsi bitkinin azalmasına səbəb olub.

Azərbaycan Botanika İnstitutunun Botanika bağında becərilir. Qəbul edilmiş qorunma tədbirləri. Hirkan qoruğunda qisməs mühafizə edilir. Zəruri qorunma tədbirləri. Qorunan növ elan etməli Populyasiyasının vəziyyətinə nəzarəti artırmalı. Qəbələ və İsmayıllı rayonlarında yasaqlıq yaratmalı


Tarix: 13.03.2013 / 20:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 231 Bölmə: Kitablar elm