beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Respublikası Milli Məclisinin kitabxanası

Milli Məclisin kitabxanası - 1997-ci ilin mart ayından fəaliyyət göstərir. Bu kitabxanada Türkiyə Böyük Millət Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə bir hədiyyəsidir. Bütün inventar və avadanlıqlar, kitab rəfləri, oxucu stolları və kompüterləri TBMM hədiyyə etmişdir. [1]Mündəricat
1 Fondu
2 Fəaliyyəti
3 Mənbə
4 Həmçinin bax


Fondu

Kitabxananın kitab fondu 6600 nüsxə kitab və kitabçadan ibarətdir. Bunlardan: 3500 nüsxə azərbaycan dilində, 2200 nüsxə rus dilində olan çap məhsullarıdır. Kitab fondunun komplektləşdirilməsi məcburi nüsxələr və yeni ədəbiyyatın alınması yolu ilə aparılır. Kitabxana cari ildə 42 adda dövri mətbuata, 77 adda jurnala abunə olmuşdur ki, bütün bu çap məhsulları oxucuların istifadəsinə verilmişdir. Kitabxana fondunun 80% hüquqi ədəbiyyat , qanunvericilik aktları, sorğu ədəbiyyatı təşkil edir. Bundan başqa kitabxananın fonduna bədii ədəbiyyatda öz əksini tapmışdır. Kitab fondu elm sahələri üzrə düzülmüşdür.

Fəaliyyəti

Parlament kitabxanası Milli Məclisin rəhbərliyinə, millət vəkillərinə, aparatın əməkdaşlarına xidmət göstərir. Kitabxanaya daxil olan oxucu sorğuları araşdırılır və operativ şəkildə öz həllini tapır. Kitabxana il ərzində 1000-1200 oxucu sorğusu ödəyir. Əlamətdar hadisələrlə əlaqədar kitabxanada tez-tez kitab sərgiləri, stendlər təşkil olunur.

Kitabxana İnternet şəbəkəsinə qoşulmuşdur. Bu məqsədlə oxucu zalında kompüterlər oxucuların istifadəsinə verilmişdir ki, daxil olan sorğunu tam ödəməkdə müsbət rol oynayır.

Parlament kitabxanası öz əlaqələrini daima genişləndirir. Belə ki, MDB respublikaları parlament kitabxana müdirlərinin 2000-ci il may ayında Sankt-Peterburq şəhərində keçirilən konfransında MDB Parlamentlər arası Assambleyasının rəhbərliyinə “MDB dövlətləri parlament kitabxanaları arasında informasiya kitab mübadiləsinin təmini” üçün müraciət imzalamışlar. Bu məqsədlə MDB dövlətlərinin parlament kitabxanaları arasında rəsmi sənədlərin, kitab və digər çap məhsullarının mübadiləsi üçün koordinasiya mərkəzi yaradılmışdır. Kitabxanamız RF- nın Duma kitabxanası, Ukrayna, Belorus, Moldova, Qazaxıstan, Tacikistan respublikalarının parlament kitabxanaları ilə rəsmi sənədlərin və çap əsərlərinin mübadiləsini həyata keçirir.


Tarix: 13.03.2013 / 20:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 270 Bölmə: Kitablar elm