Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Harri Potter və Ölüm Hədiyyələri (kitab)

"Harri Potter və Məşum Cəsədlər" (ingiliscə Harry Potter and the Deathly Hallows) – Harri Potter kitab seriyasından sayca yeddinci və sonuncu əsər.

Harri Potter və Ölüm Hədiyyələri(ingiliscə – Harry Potter and the Deathly Hallows) Coan Roulinqin Harri Potter romanları kitablarının 7-ci və sonuncu romanıdır. Kitabın ingiliscə nəşri 21 iyul 2007 tarixində yayımlandı. Kitab ingiliscə yayımlanmasından sonrakı ilk 24 saatda 11 milyonu satılmışdır.

Məzmun

Kitabın başlığında Bill Uizli və Fleur Delakourun toyu olur. Ancaq Ölüm Yeyənlər toya basqın edir. Harri, Ron, Hermiona və digərləri Nazirliyin Voldemort tərəfindən ələ keçirildiyini və Sehir Naziri Rufus Skrimgeourun öldürüldüyünü Kingsley Şaklbotun toya göndərdiyi patronus vasitəsilə öyrənirlər. Əvvəla Harri, Ron və Hermiona Tottenham Məhkəməsi Yoluna gedib bir kafedə oturub olub keçənləri müzakirə edərkən 2 Ölüm Yeyənin basqınına məruz qalırlar. Daha sonra xilas olurlar. Beləliklə horkruksların axtarışlarına başlanması vaxtının gəlib çatdığını anlayırlar və bu yolda addımlamağa başlayırlar. İlk olaraq Grimmauld meydanı 12-yə (Siriusun evi və Finiksin Ordeni olan yer) gedib bir qədər burada gizlənirlər. Evi gəzərkən R.A.B.-nin kim olduğu ortaya çıxır və R.A.B.-in Siriusun qardaşı Regulus olduğu anlaşılar. Regulus horkrukslardan biri olan Slizerinin Medalını saxlamaq üçün Kriçerə verir, ancaq Mundungus onu oğurlayır. Lakin nəticədə Mundungus da məcbur qalıb onu Dolores Ambricə verir. Harri, Ron və Hermiona Sehir Nazirliyinə başqa qılıqla gedib orada Dementorların ( Ruh əmicilərin) gücündən istifadə edərək maql(sadə insanlar- sehrbaz və cadugər olmayan və onlar haqqında bilməyənlərə maql deyilir) doğumıuları (maql doğumlu – sadə insanların sehrbaz və ya cadugər uşaqlarına deyilir) təsbit etməyə çalışan Dolores Ambricdən medalı oğurlayırlar. Bu vaxt bir çox günahıandırılan maql doğumluları da azad edib oradan qaçırlar. Ancaq oradan buxarlanmağa çalışanda Ölüm Yeyənlər və Yaksli(Nazirlikdəki Ölüm Yeyənlərdən biri) Hermionanın əlini tutur və onunla buxarlanır. Beləliklə 3lük artıq Grimmauld Meydanı 12yə Ölüm Yeyənlərin də girə biləcəyini anlayıb ora getməyin təhlükəli olduğunu bilirlər və bu səbəbdən başqa bir meşəyə buxarlanırlar. Burada çadır qurub Grifindorun qılıncını tapana kimi qalırlar. Çünki Grifindorun qılıncı olmadan horkruksu adi yolla məhv etmək mümkün deyildi. Harri ilə Ron çadırda dalaşır və Ron oradan gedir. Daha sonra Harri və Hermiona Gondrik Boşluğu (Harrinin və ailəsinin əvvəllər yaşadığı və Dambldorların da uzun müddət əvvəl qaldığı yer) qəsəbəsinə gedirlər. Onlar Dambldorun köhnə dostu Batildanı axtarmağa gəlirlər. Lakin Voldemortun ilanı Batildanın qılığında qarşılarına çıxır. Əslində isə Batilda Baqşot çoxdan vəfat etmişdi. Nagini(Voldemortun ilanının adı) Batilda qılığında onları evinə gətirir burads böyük bir təhlükə olur və canlarını zorla qurtarirlar. Eyni zamanda Harrinin sehrli dəyənəyi sınır və düzəmir. Ona görə Hermionanın dəyənəyini istifadə etməli olur. Bir axşam çadırda olanda Harri maral şəklində bir patronus gəldiyini görüb onun ardınca gedir və Grifindorun qılıncını tapır. Qış vaxtı hovuzdakı soyuq buzlu suyun altındakı qılıncı çıxarmaq üçün Harri suya girir. Ancaq elə vəziyyət alınır ki Harri boğulmaq üzrə olur. Və bu vaxt Ron gəlib onu xilas edir və Horkruksu da məhv edir. Bir müddət Ronla Hermionanın arası düzəlməsə də daha sonra onlar da barışır. 3lük bu dəfə Xenofilius Lavqudun( Luna Lavqudun atası)evinə üz tutur və Ölüm Hədiyyələri haqqında ondan məlumat alırlar. Ancaq Xeno Lavqud Lunanı girov götürdükləri üçün Harrini Ölüm Yeyənlərə verməyə cəhd göstərir ancaq Harri, Ron, Hermiona oradan qaçırlar. Ölüm hədiyyələrinin biri Harrinin Görünməzlik xələtinin olduğu, 2-cisinin – Yenilməz dəyənəyin Dambldorun sehrli dəyənəyinin olduğü, digərinin isə Diriltmə daşı olduğu ortaya çıxır. 3lük gizləndiyi yerdə Voldemortun adını çəkdiyi üçün yerləri Ölüm Yeyənlərə bəlli olur və onları Malfoyların malikanəsinə aparırlar. Din Tomas, Luna Lavqud, Sehrli Dəyənək ustası Ollivander, Gringottsun(Sehir Bankı) işçisi cincücə Grifuk da burada olur. Sonra ev cini Dobi gəlib onları xilas edir(Burada olduqları müddətdə xüsusilə Hermionaya çox işgəncə verilir) və Bellatriks Lestreyncin Harriyə atdığı gümüş bıçaq Dobiyə dəyir və o ölür. Hər kəs qaçır və Bill ilə Fleurun evinə gedirlər. Sonra Qılıq dəyişdirib oradan qaçırlar və Gringottsa üz tutub Lestreynclərin kassasından Helga Haflpafın kubokunu(Başqa bir Horkruks) oğurlayıb bir əjdəha ilə qaçırlar. Sonda isə Harri Voldemortun zehninə girib sonuncu Horkruksun Hogvartsda olduğunu öyrənir amma dəqiq yeri görə bilmir. Sonra Albus Dambldorun qardaşı Aberforthun köməyi ilə gizli keçiddə Hogvartsa girirlər. Dambldorun ordusu və Feniksin Ordeninin üzvləri hamısı Hogvartsa gəlir və müharibə başlayır. Sonda Harri horkrukslardan birinin özü olduğunu və bundan Voldemortun özünün də xəbəri olmadığını öyrənir. Ölməyə Voldemortun yanına gedir. Burada Voldemort ona Avada Kedavra lənəti yollayır. Harri uzun bir yuxu görür və orada Dambldorla söhbət edib hər şeyi aydınlaşdırır oyananda ətrafında Voldemort və Ölüm Yeyənləri görür beləliklə Harri yox, onun içindəki horkruks ölmüşdü. Ancaq sağ qaldığını bəlli etmir. Onu Hogvartsa aparan Ölüm Yeyənlər hər kəsə bunu nümayiş etdirir. Ümidi yıxılanlar çox olsa da bu onları daha da qəzəbləndirir və Müharibə davam edir. Molli Uizli Fredi öldürdüyü üçün Bellatriksi öldürür. Bunu görən Voldemort Mollini öldürmək istəyəndə Harri ortalığa çıxır və hər kəs buna mat qalır. Beləcə Voldemortla Harrinin duellosu başlayır. Dambldor ölmədən əvvəl Drako Malfoy onu yenmişdi və dəyənək onun olmuşdu. Bu dəfə də Harri Drakonu yendi və Voldemort Dambldorunn məzarından oğurladığı Yenilməz dəyənəyin Harriyə məxsus olduğunu düşünmədən ona lənət göndərdi. Ancaq dəyənək öz sahibini öldürmədi və lənət Voldemorta dəyib onu öldürdü. Beləcə hər şey qurtardı. Həmçinin 6-cı horkruks olan Naginini Neville Longbottom öldürmüşdü. Harri özünün horkruks olduğu Voldemort Severus Sneypi öldürdükdən əvvəl onun gözlərindən gələn mayeni düşüncə daşına töküb öyrənmişdi. O Severus Sneypin bütün xatirələrini- Əslində Dambldora işlədiyini, uşaqlıqdan Harrinin anası Liliyə aşiq olduğunu, Harriyə Grifindorun qılıncını tapmaqda kömək edib Patronusu onun gödərdiyini gördü. 19 ildən Sonra Harri ilə Cini(Ronun bacısı) Ron ilə Hermiona evlənir və Harri ilə Cininin 3 Ronla Herminin 2 uşağı olur.


Tarix: 13.03.2013 / 20:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 280 Bölmə: Kitablar elm
loading...