Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qrey Anatomiyası (dərslik):

"Qrey Anatomiyası" — məşhur ingilisdilli insan anatomiyasından bəhs edən klassik ədəbiyyat.

İlk dəfə olaraq bu ədəbiyyat 1857-ci ildə Böyük Britaniyada, bir il sonra isə ABŞ-sa "Qrey Anatomiyası: təsviri və cərrahi nəzəriyyə" adı altında çap edilmişdir.

İnfeksion xəstəliklərin pata morfologiyasını öyrənən Qrey 34 yaşında təbii çiçək xəstəliyinə yoluxaraq vəfat etmişdir. Kitab üzərində iş digər mütəxəssislər tərəfindən davam etdirilərək bir neçə dəfə təkrar nəşr olunmuşdur. 26 sentyabr 2008-ci ildə professor Syuzan Standrinqin redaktorluğu altında məşhur ədəbiyyatın 40-cı britan nəşrinin yubileyi qeyd edilmişdir.

Kitabın tarixi

Henri Qrey

Britaniya anatomu Henri Qrey 1827-ci ildə anadan olmuşdur. Daxili sekresiya vəzilərinin və dalağın inkişafını öyrənən Qrey 1853-cü ildən Londonun Müqəddəs Georgi hospitalının tibbi məktəbində anatomiya üzrə mühazirələr oxumuşdur. 1855-ci ildə öz həmkarı Henri Vindayk Karterə tibb tələbələri üçün ucuz başa gələn anatomiya kitabını təsis etmək ideyası ilə müraciət edir. Qrey və Karter kitabın materialları üzərində 18 ay gərgin işlədikdən sonra onun nəşrinə nail olurlar. Kitabın nəşrindən üç ay sonra Qrey vəfat edir.

1878-ci ildən etibarən ABŞ-da ədəbiyyatın silsilə nəşrləri edilir.


Tarix: 13.03.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 320 Bölmə: Kitablar elm
loading...