beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dörd kitab

Dörd kitab (ərəbcə: الكتب الاربعة), İslam dininin Cəfəri məzhəbinin 4 əsas hədis kitablarının ümumi adı. Bu kitablar aşağıdakılardır:
əl-Kafi (الكافي) (ərəbcə: جعفر محمد الكليني الرازي) — müəllifi Kuleyni;
Mən la yəhduruhul-fəqih (ərəbcə: من لا يحضره الفقيه) — müəllifi Şeyx Səduq;
Təhzibul-Əhkam (ərəbcə: تهذيب الأحكام) — müəllifi Əbu Cəfər ət-Tusi (ərəbcə: أبو جعفر محمدالطوسي));
əl-İstibsar (əl-İstibsar fi-məctulifə fihi min əl-əxbər) (ərəbcə: الاستبصار فيما اختلف فيه من الأخبار) — müəllifi Əbu Cəfər ət-Tusi (ərəbcə: أبو جعفر محمدالطوسي)).Mündəricat
1 Haqqında nəql olunan kəlamlar
2 İstinadlar
3 Həmçinin bax
4 Xarici keçidlər


Haqqında nəql olunan kəlamlar

Şeyx Hürr Amili belə deyir :

Dörd kitab sahibləri və onların bənzərləri öz kitablarınin sübut, düzgünlük və üsuluna şahidlik ediblər. Onlar etibarlı olduqları üçün nəql, rəvayət və sözlərinin qəbul olunması vacibdir.[1]


Şərafuddin Əbdulhüseyn Musəvi belə deyir :

“Kütubi-arbaə” indiyə kimi 12 imamlı şiələrin üsuludin və füruid-dində mərcə və mənbəyi sayılır”.[2]

"Kəfi", "İstibsar", "Təhzib", "Mən lə yahduruhul fəqih", mütəvətirdirlər. Tərkibləri şübhəsizdir. "Kəfi" isə onların ən əzəmətlisi, ən qədimi, ən yaxşısı və ən kamilidir


Tarix: 13.03.2013 / 20:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 203 Bölmə: Kitablar elm