Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pekin Milli kitabxanası

Pekin Milli kitabxanası (ing. National Library of China, NLC) — Çinin ən böyük kitabxanası.

Fəaliyyəti

Pekin Milli Kitabxanası 1909-cu ildə fəaliyyətə başlayıb. Əvvəlcə Pekin Universitetinin tərkibində olub, 1916-cı ildə isə ona ölkənin əsas kitabxanası statusu verilib. Kitabxana 3 binada yerləşir. Bu kitabxana dünya kitabxanaları sırasında beşinci yeri tutur, ərazisi 170.000 kvadrat metr təşkil edir. Onun fondlarında 260 milyon cild kitab və sənədlər saxlanılır. Hər il bu say 600-700 min ədəd yenilənir.

Burada xüsusi fondda 1 milyon nadir kitab, qədim atlas və xəritələr, Çində yaşayan milli azlıqların dilində çap olunmuş bədii əsərlər, görkəmli adamların əlyazmaları, tarixi sənədlər saxlanılır. Kitabxana ilin bütün günləri açıq olur, gündə 8 min adama xidmət edir. Eləcə də sutkada 24 saat ərzində oxuculara İnternet vasitəsilə onlayn xidmət göstərir.


Tarix: 13.03.2013 / 20:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 229 Bölmə: Kitablar elm
loading...