Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Kitablar elmAtropatan zümrüdçiçəyi

Atropatan zümrüdçiçəyi yaxud Azərbaycan zümrüdçiçəyi (lat. Hyacintella atropatana), zanbaq fəsiləsindən bitki növü.

Status. Çox nadir növdür.Mündəricat [gizlə]
1 Yayılması
2 Çoxalması
3 Mənbə
4 Xarici keçidlər

[redaktə]
Yayılması

Naxçıvan MR – Dırnıs və Nüsnüs kəndləri ətrafında. Azərbaycandan kənarda – Ermənistanda, İranda. Orta dağlıq qurşağın quru, daşlı-çınqıllı yamacları və uçurumlarında bitir. Bitki tək-tək rast gəlir.
[redaktə]
Çoxalması

Toxumla və vegetativ yolla çoxalır.

Mal-qara otarılması və ot üçün çalınması. Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir. Xususi mühafizə tədbirləri hazırlanmamışdır. Növün tam mühafizəsi, Ordubad rayonunda yasaqlıq təşkili, mədəni əkinçiliyə cəlb olunması lazımdır. Ardı »

Kitablar elmAzərbaycan dilinin orfoqrafiya lüğəti

Orfoqrafiya (düzgün yazı) qaydaları sözlərin və onların bütün qrammatik formalarının düzgün yazılişını müəyyənləşdirir.[1]

Azərbaycanda ilk dəfə orfoqrafiya lüğəti latın qrafikası ilə 1929-cu ildə nəşr edilib. Bundan sonra 1940, 1960, 1975-ci ildə orfoqrafiya lüğətləri nəşr olunub. 29 illik fasilədən sonra sonuncu dəfə orfoqrafiya lüğəti 2004-cü ildə işıq üzü görüb. İlk orfoqrafiya lüğətinin həcmi çox kiçik olub. 1975-ci ilin lüğətində isə artıq 58 min söz var idi.

2004-cü ilin nəşrində, yəni hazırkı lüğətdə sözlərin sayını 22 min söz artıraraq 80 minə çatdırılb[2]. “Azərbaycan dilinin orfoqrafiya qaydaları” “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Ardı »

Kitablar elmKitab

Kitab, üzərinə bu və ya digər yollarla köçürülmüş mətn və ya rəsm şəklində informasiya daşıyıcılarından ibarət vərəqə toplusudur. Bu vərəqələr bir tərəfədən tikilir və üzlüklə örtülür. Kitabda kağızın hər tərəfinə səhifə deyilir. Bəzən böyük sənədin və ədəbi əsərin bir hissəsinə də kitab deyilir. Elektron formasında yazılmış kitaba elektron kitab deyilir. Ardı »

Kitablar elmÖlüm marşı (kitab)

Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Rövşən Mustafayevin erməni terrorizmini ifşa edən "Ölüm marşı" kitabı Qüdsdə və Moskvada ivrit, ingilis və rus dillərində nəşr edilib. Kitab Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) diplomuna layiq görülüb.

Kitabda beynəlxalq terrorizmin bəşəri bəla olduğu tarixi faktlarla diqqətə çatdırılıb, ermənilərin apardıqları soyqırım siyasəti ətraflı tədqiq edilmiş, onların əsrlər boyu, xüsusilə 1918-1920-ci illərdə Azərbaycanın ayrı-ayrı şəhər və rayonlarında (Bakıda, Qubada və s.) törətdikləri qanlı hadisələr barədə ətraflı məlumat verilib. Həmin hadisələr zamanı düşmənlər təkcə azərbaycanlıların deyil, həm də burada yaşayan yüzlərlə yəhudinin qanını axıdıblar.

Kitabın elmi məsləhətçiləri professor M.Aqarunov, tarix elmləri doktoru A.Pisman Ardı »

Kitablar elmBiharul Ənvar

Biharul Ənvar — XVIII əsrdə ərəb dilində yazılmış ensiklopedik kitab. Kitabın müəllifi 1037-1110 hicri qəməri illəri arasında yaşamış Məhəmməd Baqir Məclisidir. O, hicri 11-ci əsrin böyük şəxsiyyətlərindən biri olan Molla Muhsin Feyz Kaşani və Şeyx Hürr Amilinin müasiri olub əsərlərinin çoxluğu ilə məşhurdur.Mündəricat [gizlə]
1 Haqqında
1.1 İmtiyazları
1.2 Tənqidlər
2 Ümumi məlumat
3 İstinadlar
4 Xarici keçidlər
5 Həmçinin bax

[redaktə]
Haqqında

‎"Biharul-ənvaril-camiəti lidurəri əxbaril-əimmətil-əthar” – “pak və məsum imamların hədislərindən gövhərləri əhatə edən nurlar dəryaları” mənasınadır. Bu rəvayət məcmuəsi mərhum Əllamə Məhəmməd Baqir Məclisinin ən mühüm əsərlərindən sayılır. Bu kitab şiə hədis elmində böyük ensiklopediya hesab olunur. O, bütün dini məsələləri, o cümlədən Quran təfsiri, tarix, Ardı »

Kitablar elmKitap əl idrak li lisan əl ətrak

Kitabü'l-idrak li-lisani'l-Ətrak (Türklərin Dilini Anlama Kitabı), 1312-ci ildə Əsirüddin Əbu Hayyan tərəfindən Ərəblərə Türkcə öyrətmək üçün yazılmış Qıpçaqca qramər kitabı və lüğət.

Kəlimə və şəkilçilər mövzusunu açıqlayan bir qramər bölməsi və Ərəb əlifbasına görə mürəttəb Qıpçaqca-Ərəbcə bir lüqattan tərtib olunan, Qahirəde Qırnatalı Əsirüddin Əbu Hayyan tərəfindən yazılmışdır. Qramər bölməsində Qıpçaqcanın səs və morfologiya elə alınır. Lüğət bölməsi təqribən 3500 kəlimə ehtiva edir.

Əsərin öyrətmə üsulu induksiyadır. Yad dil öyrətmə üsullarından qramər tərcümə üsulu, əməli metod istifadə edilmişdir. Praktik Türkcə öyrətimini məqsədləyən əsərdə ticari Türkcənin öyrətiminin hədəfləndiyi bölmələrə də rast gəlinir
[redaktə]
Kitabdan nümunələr
Altaġu alķsa altındaķın altuzur / Dördewe düzelse depedekin indürür

Müasir tərcümə: Altı nəfərlik tayfa Ardı »

Kitablar elmGöyçə dərdi (kitab)

Kitabın redaktoru Araz Yaquboğlu, məsləhətçisi isə Qılman İmanlıdır.

Xalq arasında geniş şöhrət qazanmış el şairi Molla Əmirxanın “Göyçə dərdi” adlı bu kitabında dini inancları, yurd-yuva nisgilini ehtiva edən qoşmaları, gəraylıları toplanmışdır (cəmi 62 şeir).

Uzun bir sənət yolu keçmiş Molla Əmirxanın yaradıcılığı xalq yaradıcılığından mayalandığı üçün hesab edirik ki, elə xalqın özü tərəfindən də sevilə-sevilə mənəvi söz xəzinəsi kimi həmişə qorunub saxlanılacaqdır.

Hələ ötən əsrin 70-ci illərində dildə əzbər şairlərimiz Alqayıt və Sərraf Şiruyə ilə olan deyişmələri auidi kasetlərdə aşıqların ifasında oxuna-oxuna şeirsevərlərə mənəvi zövq bəxş etmişdir. Molla Əmirxan müasir Göyçə ədəbi məktəbinin tanınmış nümayəndələri İsmixan, Şiruyə, Alqayıt, Zəki İslam kimi şairlərlə bərabər el Ardı »

Kitablar elmAzərbaycanın Milli Qəhrəmanları (kitab)

Azərbaycanın Milli Qəhrəmanları - Azərbaycanın Milli Qəhrəmanları haqqında kitab.Mündəricat [gizlə]
1 Haqqında
2 Kitaba rəylər
3 Həmçinin bax
4 Mənbə

[redaktə]
Haqqında

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin dəstəyi ilə işıq üzü görən kitabda ölkəmizin ərazi bütövlüyü uğrunda mərdlik və şücaət göstərmiş, "Azərbaycanın Milli Qəhrəmanı" kimi şərəfli ada layiq görülmüş 211 qəhrəmanımızın həyatından, keçdiyi döyüş yolundan bəhs olunur.

"Azərbaycanın Milli Qəhrəmanları" kitabı qəhrəman vətən oğullarının yetişməkdə olan gənc nəsil tərəfindən tanınmasında, onların milli ruhda əsl vətənpərvər kimi tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir. Bu səbəbdən, böyük zəhmət bahasına başa gələn bu kitabı vərəqləməyin özü oxucuda qürur hissi doğurur.

"Azərbaycanın Milli Qəhrəmanları" kitabının 2005-ci ildə işıq üzü görən ilk Ardı »