Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kalvinizm

Kalvinizm - Jan Kalvinin XVI əsrin əvvəllərində ortaya atdığı ideyalara əsasən yaratdığı xristianlıq cərəyanı. Bu dini inanc sistemi, ilk dəfə Cenevrədə, daha sonra isə Hollandiya, Şotlandiya, Almaniya və Fransada qurulan yeni kilsələrdə qəbul edilib. Bu məzhəb Fransada Nantes Fərmanı ilə qəbul edilmişdir.

Kalvinçilik ənənəvi dini baxışlara görə deyil, ilk xristian baxışlarını əsas götürür.

Protestantlığön kalvinizm məzhəbi dürüstlük və çalışqanlığa üstünlük verir. Bu, o dövrdə, məsələn Hollandiyada, yüksələn iqtisadiyyatı dəstəkləyən bir inanc şəkli idi. Kalvinə görə çalışqan, dürüst olan, dünya nemətlərindən uzaq dayanaraq ibadət edənlər rahiblər qədər Allaha yaxındırlar və seçilmişlər qrupu sayıla bilərlər. Bərbəzəkli həyat sürmək, parlaq paltarlardan və ləl-cəvahiratdan istifadə etmək, rəqs etmək, sərxoş olmaq və tənbəllik bu dini inancda günah sayılır.


Tarix: 12.03.2013 / 20:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 123 Bölmə: Kilseler
loading...