beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sağlam bir ürəyə necə sahib olmaq olar?

Bir çox internet mənbələrində bildirilir ki, sağlam həyat tərzinə malik olmaq və ya sağlam bir ürəyə sahib olmanın ən əhəmiyyətli yollarından biri sağlam qidalanma vərdişləri qazanmaqla bərabər idman, günlük rejim, beyin məşqləri və s. məşğuliyyətlər lazımlıdır. Qidalanmada əlavə olaraq yağlı yeməklərin sayını azaltmaq və ya bitki yağlarından istifadə etməklə sağlam bir ürəyə sahib olmaq olar.
Faydalı qidalar hesab olunan, kök, balqabaq, qara qarağat, itburnu, yaşıl çaydan əlavə ürək sağlamlığınız üçün balıqdan, çovdar, buğda, qarğıdalı unundan hazırlanmış çörəkdən, mümkün qədər çox miqdarda meyvə (alma, portağal, limon, quru ərik, qara gavalı, əncir, xurma və s.) və tərəvəzlərdən, göyərtilərdən, müxtəlif yarmalardan hazırlanan sıyıqlardan, yağsız süd məhsullarından, dəniz məhsullarından, paxlalı məhsullardan istifadə uyğun hesab olunur.
Ürəyinizin 'yaxşı' olmasını istəyirsinizsə hər gün bir diş sarımsaq, həftədə üç dəfə fındıq, həftədə üç gün quru paxla və noxud yeyin.
Çayın yaşılını, üzümün isə qırmızısını seçin. Lakin ürəyinizin sağlamlığını düşünürsünüzsə duz, şəkər və spirtdən uzaq olmaq lazımdır.


Tarix: 16.01.2015 / 12:21 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Kardiologiya