Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yeni doğulmuş körpəyə gigiyenik qulluq

Körpəni yumaq qaydaları:
- Yalnız axar su altında 37-38 C temperaturda yumalı;

- Qızları yalnız öndən arxaya yumalı;

- Mütləq hər nəcis ifrazından sonra yumalı;

- Sidik ifrazından sonra hər dəfə yumaq vacib deyil!!!

- Suyun temperaturunu tənzimləməli;

- Usağı beli üstə qolunuza söykəməli;

- Körpəni axar su altında yumalı;

- Yumşaq mələfə ilə hopdurucu hərəkətlərlə qurutmalı;

Yeni doğulmuş körpənin səhər yuyunması:
1. Üzün yuyulması: Qaynanmış suda isladılmış pambıq tamponla körpənin üzünü hopdurucu hərəkətlərlə silməli;

2. Gözlərin yuyulması: Gözlərin kənarlarını xarici küncdən daxilə doğru qaynanmış suda isladılmış pambıq tamponla silməli (hər göz üçün ayrıca tampon götürməli), sonra gözləri steril quru tamponla qurutmalı;

3. Burun dəliklərinin yuyulması: Tarım pambıqdan burmalar düzəltməli, steril bitki yağınnda islatmalı. Fırladıcı hərəkətlərlə burmaları burun dəliyinin 1-1,5 sm dərinliyinə yeritməli;

Burunu möhkəm əşyalarla (o cümlədən pambıq çubuqlarla) silmək qadağandır!!!

4. Xarici qulaq seyvanının təmizlənməsi: Hər qulaq üçün ayrılıqda tarım pambıq burmalar düzəltməli, steril bitki yağında islatmalı. Fırladıcı hərəkətlərlə burmaları qulaq seyvanına yeritməli;

Qulağı möhkəm əşyalarla (o cümlədən pambıq çubuqlarla) silmək qadağandır!!!

5. Ağız boşluğuna baxış: Körpənin çənəsinə yavaşca basmaqla ağzını açmalı. Ağız boşluğunun selikli təbəqəsində patologiya olmadıqda yuyulma tələb olunmur!!!

6. Dərinin təbii qatlarının yuyulması: Pambıq tamponları steril bitki yağında islatmalı və aşağıdakı qaydada dəri qatlarını təmizləməli: qulaq arxası, boğaz, qoltuqaltı, dirsək, bilək, diz, topuq-daban, qasıq və sağrı.

7. Göbək yarasının yuyulması: Göbək yarası tam sağalana qədər - səhər yuyunması və axşam çimizdirilməsindən sonra gündə 2 dəfə olmaqla hər gün yuyulur.

- sol əlin şəhadət və baş barmaqları ilə göbək yarasının kənarları yaxşıca açılmalı;

- yara sahəsinə pipetlə hidrogen peroksid damcılatmalı və köpük əmələ gəlmə prosesi (yaranın mexaniki təmizləmə prosesi gedir) başa çatana qədər gözləməli;

- yaraya quru pambıq tampon batırmalı;

- göbək yarası 1%-li brilyant yaşılı (zelyonka) ilə emal edilmiş pambıq çubuqla təmizlənməlidir.

8. Gigiyenik vanna: Sağlam yeni doğulmuş körpəni hər gün axırıncı əmizdirmədən əvvəl yuyundururlar. Sabundan həftədə 1-2 dəfə istifadə olunur.

9. Qneys zamanı başın tüklü hissəsinin yuyulması:

- pambıq tampon sterli bitki yağında yaxşıca isladılır.

- başın tüklü hissəsinin qneys lokallaşan sahəsini hopdurucu hərəkətlərlə emal edilir.

- minimum 2 saat müddətinə papaq geyindirilir.

- yavaşca qabığı qoparmaqla uşağın başı yuyulur.

Əgər yuyundurduqdan sonra bütün qabıqlar təmizlənmədisə, onda proseduru 1 neçə gün təkrarlamaq lazımdır.

10. Dırnaqlara qulluq: Dırnaqlar 7-10 gündən bir 1 dəfədən çox olmaqla uzandıqca kəsilməlidir. Kəsilmə ağzı dəyirmi və ya bükülmüş sonluqlu qayçı ilə həyata keçirilməlidir. Qayçının kəsən hissəsi spirtlə təmizlənməlidir. Körpənin əl dırnaqları dairəvi, ayaq dırnaqları isə düzxətli kəsilməlidir.


Tarix: 05.01.2015 / 16:09 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Körpəyə qulluq
loading...