Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaginiz oyun oynayib inkişaf etsin!

Uşaqlar ətraflarıyla maraqlanarkən dünyanı tanıyarlar. Oyun isə onların bütün dünyasını meydana gətirər. Oyun və öyrənməyi bir yerdə tutub əylənərkən öyrətsəniz, bu həm sizin həm də uşağınız üçün çox faydalı olacaq. Uşaqların təbii maraqlarını canlı tutub dünyanı kəşf etmələrinə icazə verməlisiniz. Sağlam uşağın inkişafı oyun yoluyla olarkən, dil inkişafları, romantik, fiziki, bilişsel və ictimai inkişaflarını təmin edər. Mütəxəssislər, uşağınız oyun oynayarkən səs-küy salırlar deyə onlara əsəbləşməməniz lazım olduğunu söyləyərkən, onların oyunlarını istiqamətləndirmənizi və uşaqlarınızla birlikdə oynamanız lazım olduğunu ifadə edir. Uşaqlıq zamanınıza geri dönüb uşaqlarınızla uşaq olub bu paylaşmanın dadını çıxarın.
Uşağınızla oyun oynayın
Yaz tətilləri işləyən analar üçün uşaqlarıyla birlikdə vaxt keçirmək baxımından bənzərsiz zamanlar. Bu zamanı yaxşı qiymətləndirib uşaqlarınızla təlimatçı və əyləndirici oyunlar oynaya bilərsiniz. Uşaqların ilk oyun yoldaşları olan analar, dünyanı öyrətmə şansını yaxşı qiymətləndirməlilər. Evlilik oynadığınız anda yemək adlarını öyrədə bilər, uşağın bu mövzuda danışmasını təşviq edə bilərsiniz. Ya da faydalı və zərərli yeməklər haqqında danışıb söz dağarcığını genişlədə bilərsiniz.
Musiqi dinləyin
Musiqinin ruhun qidası olduğunu bilirik. Northwestern Universitetində son edilən araşdırmalarda musiqinin, uşaqlarda beyin inkişafını, nervi sistemi, yaddaş və bilgi qabiliyyətləri çox müsbət təsir etdiyi görülmüş. Buna görə mütəxəssislər uşağınızla birlikdə musiqi dinləmənizi və işləyə enstruümantları təxmin edib uşağınızın inkişafında müsbət qatqı yaratmanızı təklif edir. Edə biləcəyiniz bir başqa şey isə, mətbəx əşyalarınızdan öz yaradacağınız musiqi ola bilər. Yaradıcılığınızı istifadə edin və uşağınızla musiqi etməyə başlayın.
Şüurlu oyuncaq seçin
Oyuncaq seçkisi hər yaş uşağı üçün çox əhəmiyyətlidir. Mütəxəssislərin tövsiyə edəcəyi, uşağın inkişafına qatqıda olan oyuncaqlar seçmənizi təklif edərik. Şüurlu oyuncaq seçkisi uşağınızda fərq yaradacaq. Öyrənməsini dəstəkləyici, maraq sahəsini artırıcı oyuncaqlar, beyin inkişafında faydalı olacaq. Bu oyuncaqları birlikdə oynamanız və necə oynanacağını uşağınıza müəllimik, yol göstereci olacaq.
Əl bacarıqları oyunları
Əl bacarığı tələb edən, yəni kəsmə, mismar çaxma, legolar, ip məzmuna, taxta bloklar kimi oyunlar uşağın hər iki beyin lobunun da işini təmin edir. Sağ və sol beyin işləyərkən, əllərdəki incə əzələlər də inkişaf edir. Əl, göz koordinasiyası təmin edən əl bacarıq oyunları, uşağın diqqətini cəmləməsini təmin edən şüurlu oyunlardır.
Açıq hava gəzintiləri
Həyəcanlı və təlimçi təcrübələrdən biri də açıq havada oynamaq ya da açıq havada gəzməkdir. Təbiət gedişləri, uşağın dünyanı kəşf etməsinə səbəb olarkən, maraqlanmasına və detallı sual soruşmasına da gətirib çıxarar. Bu gedişlər və kəşf əsnasında yığacağınız təbii vəsaitləri evinizdə saxlamaq, onları rəngləmək də ayrı bir əyləncə olacaq. Uşağın fərqindəliyini artıran bu tip gəzintilərdə bol bol ətraf haqqında danışmağı da unutmayın.


Tarix: 03.01.2015 / 12:07 Müəllif: Aziza Baxılıb: 88 Bölmə: Körpəyə qulluq
loading...