beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tez tez oyanan körpənin günahkarı anadır

Doğum sonrası depresiya ilə yeni doğanların gecə oyanmaları arasında bir əlaqə var.
Depresiya əlaməti olan ana, bunu körpəyə əks etdirir
Penn State araşdırmacıları, körpələri 1 ilə 2 yaşında olan 45 ananın evlərinə gecə fəaliyyətlərini izləmək üçün kamera yerləşdirmişlər. Bunlardan 14 ananın depresiya əlamətləri göstərdiyi təyin olunmuş.
Araşdırma idarəçisi Professor Douglas Teti, yuxusuzluq və depresiya arasındakı bağ kimi, narahat ana və gecə oyanan körpələr arasında bir bağlılıq olduğunu ifadə edir.
"Depresiya əlamətləri göstərən və ya narahat analar gecənin bir yarısı körpələrinin ehtiyacı olmamasına baxmayaraq yanlarına gedirlər. Analar dərin yuxuda olmasına baxmayaraq körpələrinin yuxusunu pozub qucaqlarına alırlar" deyir Teti.
Depresiyaya girən anaların körpələrinin yanlarına getmələrinin səbəbi var. Lakin depresiyada olmayan analar körpələrinin yanlarına yalnız ağladıqları zaman gedirlər.
Nəticələrə baxıldığında, depresiyada olan analar körpələri üçün gecənin bir vaxtı olmadıq yerə təlaşlanırlar. Tetiyə görə körpələrinin yanlarına getmələrinin səbəbi romantik olaraq özlərinə etibarda hiss etmək istəmələri və ya biriylə bağlılıq qura bilmənin rahatlığını yaşaya bilmək üçün ola bilər deyir.


Tarix: 03.01.2015 / 13:52 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Körpəyə qulluq