beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağınızı 6 aylıqkən kitabla tanış edin.

3 yaşındakı uşağımın irəlidə oxumağı öyrənərkən çətinlik çəkməsini istəmirəm. Bu yaş etibarilə oxuma bacarığı inkişaf etdirilə bilərmi? Nələr edə bilərəm?

Oxuma bacarığı hər şeydən əvvəl kitabla qazanılar. Yəni uşağınızı, altı aylıqdan etibarən kitabla tanış etməniz lazım. Xüsusilə kitabçılarda satılan müqəvva tərzi qalın və körpələr üçün qavraması asan olan kitabları seçim edə bilərsiniz.

Uşağınızı 6 aylıqkən kitabla tanış edin.

HƏRFLƏRLƏ TANIŞ OLSUN

Evinizdə uşağınızın görə biləcəyi bir kitabxana da olmalı. Yəni evinizdə bol bol kitab saxlamanızda fayda var. Qəzet, jurnal kimi yazılı ünsiyyət vasitələrini istifadə edin. Onunla səhifələr içindəki şəkillər haqqında danışın; yazılarla, hərflərlə tanış olmasını təmin edin.


SİZİ NÜMUNƏ GÖTÜRMƏLİ

Gündəlik ya da həftəlik oxuma saatları edin. 15 dəqiqə qədər bütün ailə fərdlərinin kitab oxuduğu səssiz bir mühit yaradın. Ana və atanın, kitab oxuyan fərdlər olması uşağın oxuma bacarığının inkişafını müsbət təsir edəcək.

Uşağınızı 6 aylıqkən kitabla tanış edin.

Dörd yaşındakı qızım çox eqoist. Yoldaşlarıyla oyun oynayarkən heç paylaşmaçı deyil. Başqalarıyla heç maraqlanmır. Ona, fədakar olmağı necə öyrədə bilərəm?

Əgər siz fədakar bir anasınızsa uşağınıza erkən yaşdan etibarən fədakar olmağı öyrədə bilərsiniz. Hər vaxt xüsusilə vurğuladığım kimi; siz necəsinizsə, uşağınız da elədir. Əgər ona doğru model olursunuzsa uşağınız da dünyanı belə qəbul edəcək. Edilən araşdırma və təcrübələrdə də uşaqların model olaraq aldığı valideynləri təqlid etdiyi sübut edilmişdir. Qızınıza fədakar olmağı öyrətmək istəyirsinizsə, ətrafınızdakı maneəli fərdləri dışlamayın, yaşlılara kömək edin. Kasıb insanlara maddi ya da mənəvi kömək edin. Arada sırada, Uşaq Əsirgəmə Təşkilatındakı uşaqları ziyarət edin.

Uşağınızı 6 aylıqkən kitabla tanış edin.

Zorla yemək yediyərməyin

15 aylıq körpəm hər yeməkdən sonra qusur. Nə qədər məcbur etsəm məcbur edim yemək yediyərməkdə çox çətinlənirəm. Görəsən uşağım anoreksikmi?
Uşağınızda, fiziki və sağlamlığını birbaşa olaraq təsir edən bir problem yoxsa yemək yemə mövzusunda məcbur etməyin. "Ye, ye" deyə başlayan cümlələriniz, onda "Yemə, yemə" kimi şərtli bir refleksə çevirə bilər. Ayrıca, körpəyə acmağı öyrətməmək də bu problemi tətiklər. Çünki uşağı acma fürsəti vermədən bəsləmək, onun yeməklə arasında qurduğu əlaqəni də təyin edər. Əvvəlcə bir uşaq həkiminə müraciət edərək, reflü kimi fiziki bir problem olub olmadığının teyidini alın. Əgər problem yoxsa uşağınızı bəsləyərkən etdiklərinizi təkrar nəzərdən keçirin.


Tarix: 03.01.2015 / 12:38 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Körpəyə qulluq