beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpələr sevgisini belə göstərir

Körpəniz sizə sevgisini deyə bilməz amma bunu ifadə etməsinin bir çox yolu var. Körpənizin hərəkətlərinə diqqət edərək nə izah etmək istədiyini anlaya bilərsiniz.
Körpələr, Allahın ən gözəl hədiyyələridir. Onlar tərəfindən sevildiyinizi bilmək də dünyanın ən gözəl duyğusudur. Körpəniz sizə hərəkətləriylə sevgisini izah edir lakin siz də bunu başa düşə bilərsiniz.


Körpənizin gözlərinizin içinə baxması
Körpəniz üzünüzə baxdığında əslində üzünüzü əzbərləyir deməkdir. O bu dünya haqqında heç bir şey bilmir amma sizin sevginizi və etibarınızı hiss edə bilir. Bu sizin üçün çox əhəmiyyətlidir.


Körpənizin siz yoxkən davamlı ətrafına baxması
Uşağınız 1 yaşına gəldiyində, siz yanında olmadığınız zaman ətrafına baxar və siz yanına getdiyinizdə üzünüzə baxar və sizə gülücüklər saçar.


Körpəniz ani tərs hərəkətlər etdiyində
Bu hərəkətləri mənfi hesab etməyin. Körpənizin sizi sevmədiyini düşünməyin, belə bir şey ola bilməz. Körpəniz sizin onu hər şeydən qoruyacağınızı bildiyi üçün belə hərəkətlər edə bilər.


Körpəniz düşdüyündə ya da kədərli olduğu zaman nə olursa olsun sizə qaçar
Körpəniz düşdüyü zaman nə edər? Bunun cavablaya bilməyiniz üçün zamana ehtiyacınız var. Zaman keçdikcə onun sizə qaçdığını görəcəksiniz. Belə zamanlarda sizi tapmaq onlara güvən verər və gözyaşları gülümsemelerine çevrilə bilər.


Yeni gəzməyə başlayan körpəniz sizə hədiyyələr verər
Evinizdə olan dekorativ əşyalarınızı kiçik bir ürək, ya da parlaq bir əşyanı çox xüsusi olduğunu düşünüb sizə gətirər.


Körpəniz sizdən təsdiq istər
Körpənizin sizə olan sevgisini göstərən hərəkətlərindən bir başqası da birindən bir şey almadan əvvəl sizə baxmasıdır.


Körpəniz sizinlə sirlərini bölüşər
Körpənizin sizinlə sirrlərini paylaşmasıyla onun sizə olan sevgisindən əmin ola bilərsiniz. Sizə yoldaşlarıyla olan döyüşünü izah etməsi sizə duyduğu etibardan qaynaqlanar. Artıq siz onun ən yaxını olmusunuz.


Körpəniz sizə oyun edər
Körpəniz iki ay ərzində gülümsəməyə başlayar və üz ifadələri ilə sizə cavab verməyə başlayar. Üz-üzə qarşılıqlı təsir zamanı geri bir ifadə olmalıdır və bu şəkildə necə ünsiyyət quracağınızı öyrənməyə başlaya bilərsiniz.


Körpəniz sizinlə qığıldayar
Yeni gəzməyə başlayan uşağınızın yanına getdiyinizdə onu qığıldayarkən görə bilərsiniz. Bu körpənizin sizinlə xüsusi bir münasibət meydana gətirmək üçün istifadə etdiyi yoludur. Körpəniz sizin üzünüzlə əyləncəli şeylər arasında əlaqə qurar.


Körpəniz sizə yaxınlaşar
Körpənizin sizə yaxınlaşması,qucaqlaması sizin qucağınızda özünü etibarda hiss etdiyini göstərir.


Körpənizin şarcıqlar etməsi
Körpənizin istifadə etdiyi ən qədim üsul şarcıq çıxartmasıdır. Körpəniz yeni bir şey öyrəndiyində bunu sizə bu yolla xəbər verə bilər.


Hərəkətlərinizi təqlid etməsi
Körpənizi çox vaxt sizi təqlid edərkən görə bilərsiniz. Bu körpənizin sizi davamlı izlədiyi mənasını verər.


Tarix: 03.01.2015 / 11:28 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Körpəyə qulluq