Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Övladlar Allah Nemətidir

Övladlar Allah Nemətidir

Övladlarımız Allah-taalanın bizlərə bəxş etdiyi ən gözəl nemətlərdəndir,onun qız və ya oğlan olmasının heç bir fərqi yoxdurOnlar məsum,zəif,valideyn məhəbbətinə ehtiyaclı,hər şeydən xəbərsiz halda dünyaya gəlirlərÖz ata-analarından istədikləri isə məhəbbət,şəfqət və nəvazişdirTəəssüflər olsun ki,bəzi valideynlər bunu da o məsumlardan əsirgəyirlər
Bəzi valideynlər uşağın qız olduğunu eşitdikdə həyat yoldaşlarına çox qəzəblənirlərAxı ananın nə təqsiri var?Elm sübut etmişdir ki,uşağın qız və ya oğlan olması atadan asılıdır və ana bu işdə heç bir təsirə malik deyil

Milyonlarla sperma zərrəciyi kişinin vasitəsilə qadının yumurtalığına ötürülürBundan sonra rəhim boğazı ilə rəhimə daxil olurSperma hüceyrələrinin çoxu ele yoldaca məhv olur və təxminən iki yaxud üç mini məqsədinə çatırƏlbəttə,bunların yalnız biri yumurtanı mayalayırMayalanmış yumurta rəhimə gedərək tezliklə inkişafa başlayırİnsanın bədən hüceyrəsində 46 xromosom var
23 cüt xromosomun içində hər hüceyrədə bir cüt cinsiyyət xromosomu varQadında hər iki xromosom eynidir(hər ikisi x-dir)Amma kişidə bu xromosomlar fərqlidir(biri x,digəri y-dir)Hər iki valideyn öz övladına təkcə bir xromosom verir Anada hər iki xromosom x olduğu üçün yalnız bir x xromosom körpəsinə verir Amma mümkündür ki, ata x yaxud y xromosomu versin Əgər mayalanma zamanı atanın x xromosomu ilə ananın x xromosomu birləşərsə, aydın məsələdir ki, körpə qız olacaq Əgər mayalanma kişinin y xromosomunun qadınln x xromosomu ilə birləşməsindən əmələ gələrsə x-y, körpə oğlan olacaq Deməli, övladın kimliyinin təyinində ananın heç bir rolu yoxdur Buna görə də o təqsirsizdir

Övlad Allah nemətidir Peyğəmbərimiz (s) buyurub: "Qız yaxşılıq, oğlansa nemətdir Nemət haqqında sorğu-sual olunar, yaxşılığa isə savab verilər”
İmam Səccada (ə) övladının dünyaya gəlməsi xəbərini verirkən həzrət (ə) heç vaxt onun qız yaxud oğlan olmasını soruşmaz, onun sağlamlığı ilə maraqlanar, sağlam olduğunu bildikdə buyurardı: "Şükür Allaha ki, məndən xəstə övlad yaratmadı”
Övladlarına fərq qoyan, oğlanı qızdan üstün tutan valideyn bilməlidir, bir çox ata-analar var ki, illər hətta bütün ömrü boyu övlad arzusuyla yaşayır, bəziləri də bu nemətin şirinliyini belə dadmadan dünyadan gediblər Onlar Allahdan yalnız körpə səsi eşitmələrini arzulayırdılar Allah bizi nemətlərimizin qədrini bilənlərdən etsin!


Tarix: 03.01.2015 / 11:25 Müəllif: Aziza Baxılıb: 113 Bölmə: Körpəyə qulluq
loading...