beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağa süd vermək qadın döşlərini eybəcərləşdirir?

İstər yarı zarafat, istərsə də tam ciddi formada deyilən bir söz var: “Qadın böyük qüvvədir”. Qadını böyük edən, qadını qadın edən ən ülvi hiss və duyğu isə analıq hissidir. Bir sıra mütəxəssislərin fikrincə qız uşağı dünyaya gəldiyi andan artıq bu hiss onun içində formalaşmış olur, getdikcə dolğunlaşır və günlərin bir günü o artıq ana olur.

Övladının dünyaya gəldiyi vaxt qadın üçün həyatının ən önəmli anıdır.
Bəs bunu qadınlarımız necə yaşayır?! Bir çox hallarda ağır doğuşlar müşahidə olunur. Və bu tip doğuşlardan sonra qadınlarda psixoloji pozulmalar ehtimalı yüksək olur. Daha sadə dillə desək qadın depressiyaya düşür. “Bədən quruluşum pozulub”, “mən çox eybəcə görünürəm”, “yoldaşım məni əvvəlki kimi sevmir”, “uşağa süd verirəm, döşlərim formasını itirəcək, formasını dəyişir” və s. bu kimi fikirlər.

Və beləcə qadın başlayır süd verməkdən imtina etməyə. O artıq müəyyən vasitələrlərdən imtina edir. Döşlərini möhkəm sıxıb bağlayır, süd vəzilərinə müəyyən təzyiq göstərir, südqaytaran dərmanlar içir, nə yolla olursa olsun südünü qurutmağa çalır ki, uşağa süd verməsin. Uşaaa süd verməyin onu kökəltdiyini, piylənməsinə səbəb olduğunu, döşünün formasını dəyişdiyini, bədən qurluşunun pozulduğunu çox yüksək bir tonla ifadə edir.

Kökündən yalnış ollan bu fikri Avropa alimləri son araşdırmalarında təsdiqlədilər
. Uşağa süd vermək uşaqdan daha çox anaya xeyirlidir. Mütəxəssislər deyir ki, əmizdirmə son dərəcədə güvənli və təbii bir üsuldur. Doğuşdan dərhal sonra qadın körpəsini əmizdirməyə başlasa, doğuşdan sonra çox vaxt baş verən təhlükəli qanaxmalar heç vaxt olmur.

Mütəxəssislər bildirir ki, süni yollarla südün kəsilməsinə cəhd etmək orqanizmdə qarşısı alınmaz fəsadlar yarada bilər. Körpələrini əmizdirən qadınlarda süd vəzisi xərçəngi əmizdirməyən qadınlara nisbətən 25% daha azdır.

Körpəsini əmizdirən qadınlar daha tez arıqlamaq imkanı əldə edə bilir.
Çünki süd verən analar gündə 500 kalori xərcləyir. Əmizdirmə anada yumurtalıq xərçəngi riskini xeyli azaldır. Üstəlik, əmizdirmə arzuolunmaz hamiləlikdən qoruyur. ÜST-ün bir araşdırmasına əsasən, körpəsini əmizdirən qadınlar əmizdirməyənlərə nisbətən daha qamətli, daha sağlam və daha uzunömürlü olurlar.

Əmizdirmə ilə ana bədənindən “oksitosin” adlı hormon ifraz olunur. Bu hormon həm südün döşlərdən çölə atılmasını həyata keçirir, həm də doğuşdan sonra matkanın yığılmasını asanlaşdırır. Ana südü üzdəki sızanaq və civzələrə də kömək edir, hər gün dəri südlə silinsə və ana südündə isladılmış dəsmalla kompress edilsə, bütün civzələrdən və ləkələrdən təmizlənər.


Tarix: 03.01.2015 / 12:08 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Körpəyə qulluq