beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uçan Oğlan

(skit:Əli Xəyyam) Biz, əlimizdə olanların dəyərini, ancaq təhlükə olanda hiss edirik. Elə bizə öyrədilən adi duanın da dəyəri birə beş artır. Allahı da daha çox yada salmağa başlayırıq. Qəribədir... Belə baxanda insan üçün ən təhlükəli şey, onu ölümə yaxınlaşdıran yaşamaqdır.
(verse:PRoMete)
Hündür mərtəbəli bina, burdan, hər şey ovuc içindəki boyda.
Həyatdan doymaq çətindir, amma burda durub doymuş bir oğlan.
O, fikirləşir, sonuncu dəfə, bəlkə də elə ilk dəfə fikirləşir,
Bütün olanı-keçəni, tərk etmək üçün bu bacanı-küçəni.
(Nəqarət: MC Virus)
Əllərin iki yana açır, uçur, uçur,
Gözləyir onu aşağıda ölüm köçü.
Əllərin iki yana açır, uçur, uçur,
Gözləyir onu aşağıda ölüm köçü.
(uşaq xoru)
Boş parklar və oturacaq,
Bir gün, sənə də dost olacaq.
Tək-tənha sən bu şəhərdə,
Sanki ən kövrək uşaq.

(verse:PRoMete)
Hər şey gözünün önündən keçir, sanki 35 millimetrlik lent,
Həyətlərində yığışıb dost-tanışı, qurulub çadır-tent.
Onu çağırır, buna toxunur, amma elə bil ki, ona fikir verən yox,
Niyə ona belə saymamazlıq edir hammı axı pis nə edib görən o?!
(Nəqarət: MC Virus)
Əllərin iki yana açır, çığır, bağır.
Gözləri sanki bulud, yağır yağış, yağır.
Nə isə dəyişib, maraq, şübhə, qorxu.
Bədəni yüngülləşib, fikir ağır, ağır.
(uşaq xoru)
Boş parklar və oturacaq,
Bir gün, sənə də dost olacaq.
Tək-tənha sən bu şəhərdə,
Sanki ən kövrək uşaq.

(verse:PRoMete)
Yadına düşür: axırıncı dəfə bura gəlməyindən yeddi gün keçib.
İlk dəfə bu dama gələndə kim olacağına qərar verib, özün seçib.
Ağırlıqla dolu həyatında çox ağırlığa dözüb, keçib,
Amma sonda bezib yenə, durub, gəlib, ölüm seçib, uçub.

(Nəqarət: MC Virus)
Əllərin iki yana açıb, uçub, uçub.
İnsanlardan uzağa qaçıb, gedib, köçüb.
Təkliyi dost edib özünə, kimsəsiz gecələrdə tək tənha,
Vaxtı boş oturacaqlı parklarda səssiz keçir...
(uşaq xoru)
Boş parklar və oturacaq,
Bir gün, sənə də dost olacaq.
Tək-tənha sən bu şəhərdə,
Sanki ən kövrək uşaq.
Boş parklar və oturacaq,
Bir gün, sənə də dost olacaq.
Tək-tənha sən bu şəhərdə,
Sanki ən kövrək uşaq.
Skit:
Mən də böyüyəndə uçmağı öyrənəcəm.
Hündürdən uçmağı, lap quşlar kimi...


Tarix: 30.03.2015 / 10:50 Müəllif: Aziza Baxılıb: 252 Bölmə: Host