beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çağırdım

(verse: AiD)
Hər keçən günün sonunda, eyni səhərlərdən bəhs edəndə,
Süni günlər, solğun üzümə süni gülüşü geydirəndə.
Düşündüm səhvmi, qurulub görən daim dönən dünya,
Etdiyi fəlakətlərlə insanları söyən dünya.
Fərqi yox, pessimist, optimist mi mövzularım,
Dərin sayılan arzularım, dayazlaşdı sən gedincə.
Gözümü çox çirkin səhnələrdə qapalı saxlamışdım,
Gözüm yumulu qaranlıqda, göz yaşına büründükcə.
Qısa metraj filmlərdə baş rollar yadda qalmır,
Bunu bilirdim amma həyatımız bütöv zənn edirdim, yanıldım.
Yenə də qırıq qəlbi yeni bir sevgiliylə bərkitmək istəmişdim,
Göz yaşları yolumu kəsdi, ağladım, sevmək qırıq qəlblə necə də çətin bir iş.
Qəmli dönüş, addımlarda həvəs yoxdu(ümid yoxdu)
Saxladım özümü, son nəfəsin intizarıda məni çox sıxırdı,
Yoluma son, yoluma davam çaşıb qaldım.


(Nəqarət: Gula)
Mən həyatımı yenidən yaşamaq istədim,
Ölüm astanasında.
Mən güzgüdəki qəm kədərimi gizlədim,
Gözümün qarşısında.
Mən sənsizlik hissi nədi bilmədim,
Şirin yuxularımda.
Mən çağırdım sevərək səni səslədim,
Sənsə yox oldun o anda.


(verse: AiD)
Gördüyüm o gözəl gözlər, qəlbinlə ayaqlaşmır
Deyilən o xoş sözlər, əməldə reallaşmır
Nə vaxt ki, qəmli hisslər nəğmələrimə qonaq gəldi
O təmiz məhəbbətin ləçəklərini önümə sərdi
Bir qədər rahatlaş sən, üzüntü səbəbsizdi
Bu dünya qəddar amma təslim olmaq gərəksizdi
İntihar ölmüş ruhun azadlığının əks sübutu
Günəş yaxınlaşanda gülən gülün üzündə qorxu
Əynində bəyaz libas, cizgilərin çox cəlbedici
Tək gülüşündü miras, qalanlar sənlə gedəcək
Sevgi də ölüm kimidi çox vaxtsız və xəbərsiz gəlir
Boş otaqda tək-tənha, burunda tanış ətir
Deyirsən haqsızlıq dünyası, dünya necə etsin ki?
Axır ki, insanlar da qarşılıqsız sevə bilsin
Düz yollar Allahın işi, döngələri şeytan yaratdı və
Mələk gözlü gözəl son addımını döngədə atdı

(Nəqarət: Gula)
Mən həyatımı yenidən yaşamaq istədim
Ölüm astanasında
Mən güzgüdəki qəm kədərimi gizlədim
Gözümün qarşısında
Mən sənsizlik hissi nədi bilmədim
Şirin yuxularımda
Mən çağırdım sevərək səni səslədim
Sənsə yox oldun o anda


(verse: AiD)
Son seçim edilib artıq səhvmi, düzmü önəmsizdi
İndi gözəlliyindən yazan şair qələmsizdi
Son illər onun həyatı çox dəyişdi
Amma həyat hələ də eyni
İlk addımda həyəcan, amma son dayanacaq hamıya bəlli
İzdiham, qəlbdə yaranıb akustika döyüntülərinin əks sədası
Sevginin də qoyulub artıq son nidası
Mistika yuxu olaydı kaş ki, burda epizodik bir hal belə
Bu reallıq bu qəlbimçün çox ağırdı
Kim üçünsə ilham pərisi yanan roma, mənəsə o gözlər də bəsdi demişdim
İndi o gözlər yumulub artıq yaş artdıqca dünya dəyişir baxış açımda
Yalanlar üzə çıxır, ümidlərsə indi dar ağacında
Kölgələrimin ən sevimli duyğusuydu əl-ələ qaçıb gizlənirdik günəşdən
Onlar qeyb olurdu
O vaxtlar mənə yad idi bu hiss, indi fikirləş
Mən kiminsə kölgəsi, sənsə o kölgəni batıran günəş

(Nəqarət: Gula)
Mən həyatımı yenidən yaşamaq istədim
Ölüm astanasında
Mən güzgüdəki qəm kədərimi gizlədim
Gözümün qarşısında
Mən sənsizlik hissi nədi bilmədim
Şirin yuxularımda
Mən çağırdım sevərək səni səslədim
Sənsə yox oldun o anda(x2)


Tarix: 30.03.2015 / 10:05 Müəllif: Aziza Baxılıb: 522 Bölmə: Host