beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sidrətül Müntəha

(verse: Qaraqan)
Sən hər şeyin sahibi, mənsə qul,
Sən Allah mən sənin qarşında qum dənəsi, kül..
Sən əbədisən, mənsə 60il uzağı 70il,
Qanımı içən sualların içində itmişəm(x2)

Ver nəfəs, ver nəfəs, ciyərlərdə səs
Yoxdu nəbz, durub səs səssiz ürey, əlimi kəs
Yazmiyım, bu mahnı cəhənnəmə aparır azmiyım
Günahlarım çox onsuz da daha birin də yazmiyım
Məsçidin qapısın örtdüm arxadan
Tək qalım səninlə, tək, mollasız, yaradılan və Yaradan
21 Bahar, 21 Payız çox axtardı gözlərim səni göylərdə
İndi çöküb, çöküb diz
Namazlar, dualar, içimdə şüphəli suallar
Tövbələr, tövbələrdən sonra eyni günahlar
Gizli məqamlar, yuxuya get şeytanın pıçıltısında
Qələmi kağıza qardaş elədim möminin sıxıntısında
Səcdə’lər, rüku’lar, şəddə’lər, sükun’lar
Cəhənnəmdə yoxdu od, günahlarımız odunlar
Dildə fatihə qurudu bombalardan diksinəndə
Bağdad öld növbə bizdə, sızdi beyinə isti qanlar
Suallar, suallar, dahilərin böyük əzabı
Cavablar, cavablar hanı sualların cavabı
Gücsüzəm, qorxağam, bağışla, yox iradəm
İstəyirəm cənnətə, amma kəsiblər siratı
Surələr, ayələr, bağırtılar, nalələr
İçimdəki şeytanın əlində gözəl lalələr
Aldadır, aldanıram, yalan danışır inanıram
Günah verir sevinirəm, vermiyəndə dilənirəm
Binam silkələnir, ən altda çürük kərpic var
Divarlar sıxılır içimə, işıq gəlir, məsçid dar
Catladıqca minarələr, qulaqlara hücumda səslər
Gözlərimin qarşısında ağ geyimli Müqəddəslər
Parçalandı pəncərələr, dayandı zaman
Dondu havada ciliklər, işıq, göz qamaşdıran
Döndü dünyam əksinə, güzgü baxıram əksimə
Mələylər, cinlər hər tərəfdən sarılıb üstümə
Bir anlıq məkan dəyişir, içindəyəm cənnətin
Adəm, Həvva, ağac, meyvə, qışqırıram dərmiyin
Şah damarım qopub axır qanın, yerinə damardan irin
Yaradılışın sirləri içimə dolur ilim-ilim
Beyin dözə bilmir istədim gizlənim Allahdan
Hüceyrələrə qədər ağrı, özümə baxıram uzaqdan
Qanadlarım belimi cırıb çıxdı bayıra küreydən
Dizimin üstə çöküb dözmiyib qışqırdım ürəydən......

AAAAAAAAAAAAAAAAAAA............


Tarix: 30.03.2015 / 10:35 Müəllif: Aziza Baxılıb: 232 Bölmə: Host