beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uzaqlara Məktub

(verse:AiD)
Bu gecə biraz yorğun oldum
Sərf etdim son gücümü
Yazdığım məktub əks etdirəcək
Gerçəy olan qul üzümü
Səfimi düzümü dinləsinlər qoy insanlar
Azadlığda məhbus oldum
İşığa çoxdu kor baxanlar
Kor olaydım kaş ki məndə
Sevgilimi ilk görəndə
Dərd çəkən hər yaralı qəlbə
Xoşbəxt sonnan bəhs edərkən
Kaş ki mən də lal olaydım
Düzünü gözlərim deyəydi
Ürəydən sevəydi
Yalanı dost kodub həyatı
Lal olsaydım ancaq onda dərk edərdim
Necə ürəkdən oxunur anamın laylası
Nədədi gülüşün faydası
Məktubun birinci parçası
Bitəndə ara verəndə
Ağır bir hiss içimi bürüdü
Nə qədər səhv yol getmişəmmiş
Yaşamağın tək qaydasıydı
Ölümü gözləməklə keçirmək
Arzularıma dayaq olan sütunlarımı bərkitməy
Varlığıma görə şükr etməy
Hər addımda başıma qonan qara buludları
Bir anda məhv etməy
Xəyallarda indi istərəmki
Bircə anlıq geriyə qaça bilim
Bu günümə işıqlı uşaqlığımnanda
Olsa bir gülüşlü işıq saça bilim
Yuxularımda uça bilim
Bu fikirlər ümidsiz
Bir zaman düşünürdüm sevgilər olur ürəyli
İndi isə sevgi bir filmdi sanki sonu da qəmli
Uzaqda görünən işıq
Aparan yolsa daş kəsəyli
Bu məktub keçmiş həyatdandı
Gələcəy tamam fərqli
Həvəslə danışardım həyatımnan
Amma biraz səbrsizz
Olmuşam özümə qarşı çox ürəysizz
İstəysiz virtualdı gözümə görünən
4 divardı tərəfsiz
Məktub adəti yazım darıxmışam səbəbsizz.


(Nəqarət:AiD)
Məktublar uzaqlara göndərildiycə
Boş şüşə qablar sahildə göründüycə
Ünvansız qaldı zənn etdim məktubum
Uzaqlara deyəcəyim tək şey idi məktubum
Çırpınır qanadlar,uçur qaranquşlar
Bahar gəlib deyə xəbəri gözlüyür insanlar
Üzdə gülüşlər ümidə bağlı
Döyür qapını yenədə bağlı
Ürəyi dolğun sinəsi dağlı məktub yazır insanlar...



(verse:AiD)
Tənha səhnə,üzdə gülüş,əldə mikrafon.
Pərdə salındı. Bu ya başlanğıcdı, ya daki sondu.
Uğursuzdu həyat tamaşasında sevgi səhnəsi.
Bezdim oynamaqdan,hər rolumu qırıq qəlblər dəstəsi.
İndi yeni bir nağıl başdasın istərəm,
İlk səhifədə gözlərəm,
Giriş vaxtı bilmərəm ki, necə unudum,
Dərdlərmi ki, bəlkə bu nağıl gülərüz olsun,
Qəhrəmanlar gücsüz olsun,
Hadisələr gündüz olsun.
Sevən qəlbin cəzasıydı sanki yaşayan sevgi hissi.
Həyat tələsinə dönübdü hər an verilen günah dərsi.
Kəfəni dərzi qalın tiksin, qar yağacaq qəbrimə.
Yaralarım dostum olub iz qoyacaq bu günümə.
Ruhum qanad arzusundadı, köçwb getmək istəyir..
Gözlərində gizlədir, qəlbim günahlarla doludu.
Vicdan əcabı səbəb, gizli qalan yaşına..
Yüz yaşına çatmaq üçün gərəksizmiş qocalmaq.
Arzularım titanik,həyat sanki buz qayası.
Birləşərkən məhv oldular,yolum oldu yol qırağı.
Hər qulağı yordu bəlkə həyatımın əks sədası.
Sırası bitdi sətirlərin, buda sonuncu nəqarətim..

(Nəqarət:AiD)
Məktublar uzaqlara göndərildiycə
Boş şüşə qablar sahildə göründüycə
Ünvansız qaldı zənn etdim məktubum
Uzaqlara deyəcəyim tək şey idi məktubum
Çırpınır qanadlar,uçur qaranquşlar
Bahar gəlib deyə xəbəri gözlüyür insanlar
Üzdə gülüşlər ümidə bağlı
Döyür qapını yenədə bağlı
Ürəyi dolğun sinəsi dağlı məktub yazır insanlar...


Tarix: 30.03.2015 / 09:44 Müəllif: Aziza Baxılıb: 304 Bölmə: Host