beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan

Nəqarət:Qaraqan)
Lay-lay Azərbaycanım
Lay-lay vətənim, ana torpağım
Lay-lay xalqım, yazıq, millətim Lay-lay
Gözünü bağla sənə şirin yuxular(x2)


(verse:AiD)
Yat başı bəlalı yuxulu xalqım..
Nə qədər işıq salan yoxdu gözünə
Nə qədər güvən yoxdu sözünə
Lap doyunca yat,
Yer rahat olsun gərək
Döşək verək
Yerinin altı-üstü qızıl
Gözünü dikənin gözünə qıfıl
Can Vətən!
Sözünü demiş şəhidlərin məzarında
Yer tapılar qazilərə də,
Kəfəni toxuyan dərzilərə də!
Amma sinəyə döyən millət
Hər işi sonraya qoyan millət
Səhər yeməyi yatağa gələcək
Qarabağını sevən millət
Sevgi yenə də sözdə deyilir
Rüşvət artıq üzdə verilir
Sabir söyən dövr sanki
Hami yenə də yuxuda deyinir..
Hakimiyyət səhvdir - deyilir
Düz qərar çox sərtdir - deyilir
Amma dərdi yayan səbəb
Bu millətə içdən gəlir
Gözünün önünə kabus gəlir
Bu millət cadulanıb
Səhər çörəyə qurd yağını
Axşam şəraba keçi qanını
Qatıb xeyli iştahlanıb..
Nə qəribə vəziyyət alınıb
İlanlar bogaza dolanır
Zəhər saçan quyruğuyla
Hörümçəklər öz torunda
Çox qocalıb, ölmək bilmir
Qış da gəlir, qar da yağır
Şəhid çırağı sönmək bilmir
Hədəfə yaxın millət
Amma heyif ancaq yuxuda millət
Belə gözəl təmiz niyyət
Olur içdə mütləqiyyət
Qəlb keçirir əlinə sükanı
Bayraq verir əmələ təkanı
Adına ləkəni yaxır millət
Səs salmıyın yatır millət

(Nəqarət:QaraQan)
Lay-lay Azərbaycanım
Lay-lay vətənim, ana torpağım
Lay-lay xalqım, yazıq, millətim Lay-lay
Gözünü bağla, sənə şirin yuxular(x2)


(verse:Qaraqan)
Yat başı bəlalı xalqım, yenə də yat
Göz bəbəylərində yuxulu
Varıvı yoxuvu köpüyə sat
İllərin yalançı tarixində
Səyfələr cürüy, ürəy dözür
Yaralar laxtalandı, əsirlər üzü bozardı
Kütlənin üzü, yolu yolsuzların izi
Bizə unutdurub bizi,
Çökəndə xalqımin dizi
Yeri tozlar sovurdu, sordu qanını iyinə gələnlər
Nə gəlir isti sabahlar
Nə bitir soyuq dünənlər
Nə Vətən, nə də ki bayraq arzusunda
Qəlbim istərəm ki,
Kağızlarda qanun əməllərdə olsun
Gözlərəm mən ümidi, içdə gizlərəm
Bu gun qələm sabah silah
Qarabağdan əvvəl,gəlin geriyə Bakını qaytaraq
Küçədə adamların üzündən yağır vəhşiliy
Və qəm, bu nifrət içimizi yandırdı
Biz nə dostuq, nə düşmən
Nə kasıblarda var üsyan
Nə varlılarda mərhəmət
Nə ölümdən əvvəl sevinc
Nə ölümdən sonra cənnət


(verse:PRoMete)
Yat başı bəlalı yuxulu xalqım
Damarlarını kəs və yat
Cətin həyatı şirin yuxuya sat
Əbədi yuxuya get
Qanın sənə haramdı, o da tökülsün
Bir kərə yüksələn bayraq endi min dəfə
Hamı bilsin, aç gözüvü vətəndaşım
Azərbaycan yoxdu xəritədə
Balaca nöqtə, əsirlərlə görən yoxdur
Mircəfər Bağırovlardan əvvəl
Səfəvilərdən əvvəl, Atropatdan başlamışdı
Bütün saxta, hiyləgər əməllərin içində
Rütbə davasında Bamsı Beyrəyin də
Kələylərini gizlədi dastanlar
Tökdü qanlar Çaldıranda
Uzaq mövhumat Qurandan
Yaxın Slavyanlar, İrandan xanliqlar da
Qan tökəndə
Vergilərçün Ruslar hücuma keçdi
Qanini icdiy, ermənilerin əsirlərlə
Biz də haqsız hücumlar etdik
Qırdıq əsirlərlə
Sovetlərdə ən tez girən və ən gec çıxan
Elə bilirsiz 20 Yanvar oldu Sovetləri yıxan?
Soyuq muharibe,her sey oldu USAin əliylə
Biz də elə bilirik bizim üsyan
Bizim igidliklə


(Nəqarət:Qaraqan)
Lay-lay Azərbaycanım
Lay-lay vətənim, ana torpağım
Lay-lay xalqım yazıq millətim Lay-lay
Gözünü bağla sənə şirin yuxular(x2)


Tarix: 30.03.2015 / 10:37 Müəllif: Aziza Baxılıb: 327 Bölmə: Host