beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evdən Uzaqda

(verse:AiD)
Biz sevməmişdik ki, bizi ayırsınlar,
Həyatımızdan uzaqda bizə bir ev tiksinlər.
Gülüşümüzü öldürüb, bizi böyütsünlər,
Səninçün darıxmaqla məni sınağa çəksinlər.
Önümüzdə tilsimlər, qırılacaq hirsimnən,
Təslim olmaq vərdişini istəmirəm diriltsinlər.
Dəyişməliyik çox şeyi kökündən irsinnən,
Unudulur hər bir söz musiqinin səsinən,
Uzaqda bir şəhər piyada getmək arzusu.
Həyatda dalbadal gələn ölüm qoxusu,
İnsalarin yuxusu deyəsən çox şirindi.
Xoşbəxtlikdən bizə çatan cəmi bir dilimdi,
Həyatda gərək gecikəsən ki, yolunu gözləsinlər.
Mümkün deyil sevsələr də gərək gizləsinlər,
Arada evə zəng vur ki, səsini eşitsinlər.
Eşidib sevinsinlər...

Evdən uzaqda olan qardaşım üçün...


Tarix: 30.03.2015 / 09:51 Müəllif: Aziza Baxılıb: 222 Bölmə: Host