Notice: Undefined index: page in /home/haqqinda/web/haqqinda.az/public_html/functions.php on line 51
Host

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

HostAiD vuracaq qol

(Nəqarət: AiD)
Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri
Təbim gecələr bol - zəhəri dərdimin bitməsin, doldursun dəftəri
Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri
Təbim gecələr bol - qapısın bərk bağla beynivin, AiD vuracaq qol

(verse: AiD)
Rap'im səni sıxır kommunal borc kimi
Sən xəritədə yersiz Kamboca kimi
Gir qucağa, çağır çağa kimi köməyə məni
Ya da yağ bıcağı götür, gəl öldürməyə məni
Sevgilivin gözünü yum səhnəyə mən çıxanda
Özüm gəlməmişəm, arzuladın, mən çin oldum
Sən brak doğulmusansa, günahkar Çin deyil bro
Cəmiyyətə yeni nəfəsdi bu, içində mentol
İntellektual, glamour qızlarımız tipo-tipo
Baxdıqları kino - Titanic, bir də Zita-Gita
O margarito, bura Bakı yoxsa bura Kito
Dilindəki ton, sanki sözləri çəkir Ardı »

HostUtopiya

(skit: Chester (Ziya) Hosted)
Axırıncı illər ərzində çox dəyişmişəm,
Özüm də bunu çox yaxşı hiss edirəm
Hər dəfə bunu sözlərinizlə üzümə vurmasanızda çox gözəl hiss edirəm
Razıyam, diqqətsiz və kobud olmuşam
Tanımadığım adamlarla onlar zəhləmi tökürlər kimi rəftar edirəm.
Hamı mənə qaraqabağ adam kimi münasibət göstərir
Amma mən buna başqa ad vermişəm
Səbəbini bilməməzlik və ya axtarış
Yadıma gəlmir ki axırıncı dəfə nə vaxt ürəkdən ağlamışam və ya ürəkdən gülmüşəm
Mənim üçün hər şey maraqsızlaşmaqa başlayıb
Bir neçə saat bunnan əvvəl sevgilimə yazdığım mesaj,
ozon qatının deşilməsindən daha önəmlidir...
Ehh, qatar yırğalanmağa davam edir
Onsuzda bu qatar getsə də, getməsə də
Biz sabah getdiyimiz ünvana çatsaq da, çatmasaq da,
Sonluq həmişə eynidir
Hamı bir gün ölür.
Həyat bu qədər Ardı »

HostStop Kadr

(verse: PRoMete)
Gün ərzində Günəşi izləyən,
Kölgələr kimi, sənə görə dəyişkən.
Ya da ömründə yağışı bilməyən,
Səhra qumları kimi, sənə həris mən.
Ovuclarında yuva qurum və
Tərləyəndə ətrindən huş itsin
Hər şey çox yaxşıdır, amma ki,
İstərəm ki, elə indi bitsin.

(Nəqarət: PRoMete)
Dursun qoy vaxt,
Donsun əqrəblər yerində.
Gəldinsə yanıma,
Tutdunsa əlimdən.(x2)


(verse: PRoMete)
Söz dinləmir bu fikirlər,
Elə hey yanına qaçıb gedirlər.
Həqiqəti dəyişmir bu illər,
Sevginlə bütövləşir şəkillər.
Biraz uzaq qal, yoxla bəlkə heç
Darıxmırsan, demək onda boş
Səninlə bir saniyəlik əl-ələ,
Bir ömür süni gülüşdən xoş!
(Nəqarət: PRoMete)
Dursun qoy vaxt,
Donsun əqrəblər yerində.
Gəldinsə yanıma,
Tutdunsa əlimdən.(x2) Ardı »

HostEinstein

(Verse:PRoMete)
Yazır jurnallar, magazine`lər:
"Dəyişib H.O.S.T xətti! SENSATION!;
Şəhəri gəzirlər limuzinlə;
ISO 9001 (ay es o nayn o o van) qualification!"
Başa düşməyənlər üçün: dünya standartı!
Çəkilmiş yolu, H.O.S.T öz tərəfinə dartır.
Gah nala-gah mıxa vururuqsa biz,
Bəs necə olur, günü-gündən ordumuz artır?
Siz qurun yas, biz “təntəneyşn”,
Tikanlarla diziniz necə yellənir?
Səsimdən çoxları olur temptation.
Sözlər qulağına sığal yox, çəkir şilləni.
Gülməli görünəni, gülməli görmədin,
Ağladın, gülmədin, susdun, dinmədin,
Paxıllığından konsertə gizli gəldin,
Bədənini yellədin, əlini görmədim!

(Nəqarət: Qaraqan)
HOST Production, radikal internation,
Qaraqanalogiya, PRoMete creation
Intelegation, dinləyir nation,
Xalqa düz sözü də “çatdırıneyşn”


(verse: Qaraqan)
Mən oynayıram sətirlərlə PlayStation.
Mənim əlimdə qafiyə sözə baxan geyşa.
Məni tanımırsan - xarakterim xameleon!
Mən iki üzlüyəm… yox məndə üz milyon!
Bu növbəti stansiya-bu növbəti station
Gedəcəm Avropaya, bezdirəndə Asia,
H.O.S.T`u bəyənmiyənlər Ardı »

HostSən Qanadsan

(skit: PRoMete)
Mələklər bunu səmavi sevinc adlandırır, şeytanlar isə cəhənnəm əzabı, insanlar isə buna sevgi deyir. (Henrix Heyn)

(verse:PRoMete)
Bu gün yenə evimdə yarım saatlıq qonaq idin.
Cismin yanımda idi, özün isə uzaq idin.
Fikirləşirdim, səni buraxmaram uzaqlara,
Amma məni anlamırdın, sanki körpə uşaq idin.
Hisslərin yenə kontrolda, sinirlərinsə üzdə,
Mən sənə uçmaq təklif edirdim, sənsə üzmək.
İnan mənə, belə anlarda çox çətin olur,
Səni çox sevsəm də, sənin kaprizlərinə dözmək.
Yenə köçmək və rədd olmaq buralardan,
Hissləri qayıdır dərhal mənə bu anlarda.
Toxunuşlar, sanki divara yaxılmış palçıq olur,
Verdiyin qanadlarsa dönüb olur qoluma qandal.
Kəs bütün bağlarımı! Qanadsız da yaşayaram!
Sənsiz ölərəm, bilirəm, amma kim var ki əbədi?
Dərviş kimi həyatımı belimdə daşıyaram.
Olmasan bu ömürdə, yaşamağımın səbəbi.

(Nəqarət: Ardı »

HostUnjudgeable

(verse: PRoMete)
Qələmi əlimə alanda, hamı susdu
Görmürəm nəsə heç kimdən əməlli dostluq
Tülkü tələsinə dönüb hər yer pusqu
Fikir vermə PRoMete, you're master, just go
Mən bunu bilirdim, bunu hiss edirdim
Durub izləyirdim, vərəq sətirləyirdim
Kim isə evində oturub hazırlaşanda
Mikrafonun arxasındaydım uje deyirdim
Görəsən olmasaydım tənqidçilər nə yazardı?
"H.O.S.T qrup deyil, üzvü çoxdur, elə bil bazardır"
Əlimə qələm yerinə gərək bel alardım
Qazıb yeri, belələrin diri basdırardım

(Nəqarət: PRoMete)
I am like a millioner from dirty slumdog
Musics are my fastfood eating them like hot-dog
God is not judgeable for this game and the best flows
It is not the dirty south it is just the Beat Pro

(verse: PRoMete)
Biz mikrafon arxasına keçəndə always
Bağlanır bir anda hamı Ardı »

HostBeat my hit

(verse: PRoMete)
Musiqi bir damardı, mənim addımlarım bir az möhkəm
AzRap'də kölgəm hələ çox sısqaları addım-addım izlər
Qızıl suyuna çəkilmiş verse'lərim sanki dərslik
Səs də səsdi; bariton
Nəfəs kəsilməməlidir, qoyulmamalıdır hərf axınına son
Practice on, like Mike Tyson
Beat me, beat me, götür qulağına sürt hitimi
Bəlkə, sənin də çabaların bir fayda verdi
Söz demək də bir incəsənətdi
Amma bu sənətin indiki vəziyyəti gilas səbəti
Səsimi qulağa sal, bəndim beynini anal
Mən hörmət gözlədikcə bağlanır üzümə kanal
Düzdür, yoxdu qalmaqalla freestyle
But all enemies died
Bizə kim deyir ki, səhv yoldayıq və düz yol var
Qalmasın qoy qayğımıza, getsin həmin düz yolla
Siz təzə euro, biz köhnə dollar
Dövriyə yüksək, konsertdə havadadır qollar
Deyiliş tərzim tökür ocağınızın üstünə şollar
Neyniyə bilər Ardı »

HostQırxıncı Qapı

(verse: AiD)
Mən bəzən düşünürəm ki, biz həyatdan filmə baxırıq,
Yoxsa filmdən həyata, kainat çox qəribədir.
Nağıllar verir marağ ümüdsüz camaata,
Bir neçə saata sökülə bilər ömür boyu tikilən etibar qapısı.
Cənnətə yol cızanların bağlanar qapısı,
Bir günlük ferz fatihəyə qədər bağlı qapılar mənə dərd verər,
Barmağında arzuları qatla hərkəsin öz seçimi var həyatda.
Qapılar arxasındakı çapığlar, qarşı tərəfin etiraz hissləri,
Yaddaşımda qorxunc fikrilər hər yeni gün keçmişi gizlədir.
Mən bəzən fikirə gedəndə, gözlərim yol çəkəndə,
Gecə vaxtı aya baxanda, yuxulu yada ki, oyağ qalanda,
Hər beynin öz düşüncəsi, hər ürəyin sevinci, kədəri var.
Kim dünyasını dəyişmək istər, hər dünyanın öz dərdi var.

(Nəqarət PRoMete)
Çığırdım, bağırdım qapı bağlıdı, qapı bağlıdı
Əllərim uzağa qaldı qapı bağlıdı, qapı Ardı »