beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyatım əllərimdə

verse: Qaraqan)
Hər ömürdə bir kitab var,
Hər kitabda bir əsər var,
Hər əsərdə bir nağıl,
Hər nağılda bir kədər var,
Hər kədərdə bir xeyir var,
Hər xeyirdə bir ziyan,
Hər ziyanda bir zülmət,
Hər zülmətdə bir səhər var,
Hər səhərdə bir ümid var,
Hər ümiddə bir inam var,
Hər inamda bir şübhə,
Hər şübhədə bir yalan var,
Hər yalanda bir həqiqət,
Həqiqətdə bir ədalət,
Ədalətdə min cinayət,
Cinayətdə pis zaman var,
Hər zaman doludu dərslə,
Dərs sonunda imtahandı,
Hər imtahan bir döyüş,
Hər döyüş bir intiqamdı,
İntiqamlar namus üstə,
Namus indi kağız üstə,
Hər kağızda bir sətir,
Hər sətirdə bir ümman var,
Hər ümmanda göz yaşı var,
Göz yaşı doludu qəmlə,
Qəm gətirən sevgilərdi,
Sevgilərdə xəyanət var,
Hər xəyanət ürəyə bağlı,
Ürək arzu diləyə bağlı,
Diləyi gətirən bir qərar,
Qərarlarda cəsarət var,
Hər cəsarət qəhrəmanlıq,
Qəhrəmanlar olur tarix,
Hər tarix yazılı qanla,
Hər qanda bir üsyan var,
Hər üsyan etirazdı,
Etiraz bu gün günahdı,
Günahlarla doludu insan,
Hər insanda bir şeytan var..

(Nəqarət: Qaraqan)
Hər günümdə döyüşdüm, kölgələrlə,
Diz çöküb yalvardım Allaha..
Dualar etdim “Qurtar məni günahın əllərindən”
Cavab verdi “Hər şey sənin öz əllərində” (2)

(verse: Jamal Ali)
Bir şəhər var, küçələr hamısı KABUS adlı,
Hər ad orda qanla bağlı, hər qanın bir uzun yaddaşı..
Hər yaddaşı yazıya həkk, hər yazısı saxtakarlıq,
Hər saxtakar, məmur, hər məmur imarət saraylı..
Hər sarayın açarları, açar deyişlərində qorxu,
Hər qorxusunun bir kabusu, kabuslar qarabasmaları..
Hər qarannın içində dünya, dünyaların kainatı..
Və adı H.O.S.T solu da, sağı da Cənnət içrə alma bağı..
İçdə cinlər, üzdə fağır, xalqı ağlar ona ağı..
Tükü yükündən ağır, sözü hökümdən ağır..
Lirika tələbi çağının gülüşü,
Sevgi sanki harama bağlı, mənmi, haqqlı, haqqmı, mən?!
Üzümə dünya qapısı bağlı..
Köməyi duasına Tanrı, auditoriyam olsa sağır,
Partla bağrım, içdə ağrım, bitdi nağılı, budumu axrım?
Varisim buraxdı taxtı, axdı, getdi zamana çatdı,
Əllərim qocaldı ümümə bulanıq baxışlar buraxdı.

(verse: ErranT)
Mən inanmıram, səhər nə vaxtsa açılar,
Mən inanmıram, əriyər buzlar ürəydə,
Mən inanmıram, bitər içimdə gecələr,
Mən inanmıram, sağalar qanadlar kürəydə,
Mən inanmıram, kədərlə başlanan sevinclə bitə bilər,
İnanmıram, haram və oğurluğlar gözdən itə bilər,
İnanmıram, yata bilər bu millət bu qədər səsküydə,
Mən inanmıram, deməli başının üstündə layla çalan var,
İnanmıram, gözümlə görməsəm mən heç kəsə,
İnanmıram, işlədilməmiş qılınc boyun kəsər,
İnanmıram, tarixin yalan şərəfli səyfələrinə,
Mən inanmıram, şəhidlər yad olan sükut dəyqələrinə..

(Nəqarət: Qaraqan)
Hər günümdə döyüşdüm, kölgələrlə,
Diz çöküb yalvardım Allaha..
Dualar etdim “Qurtar məni günahın əllərindən”
Cavab verdi “Hər şey sənin öz əllərində” (2)

(verse: PRoMete)
Mən gülərdim, əlimə qələm sahib olsa,
Ağlayardım vərəqlərim sözlə dolsa,
Gülərdimmi sözlərim fikirdə qalsa, yoxsa, ağlayardım?
Bağlayardım qıfıla beynimi və qəlbimi..
Əllərim soruşsa, yeni fikirlərin gəldimi?
Dərdimi bölərdim boğaza keçən kəndir ilə,
Sonra çənəm qurtarardı kəndirdən tədbir ilə..
Nağıl kimi bitərdim, buna gülərdim,
Ağlayardım sonda üç alma olmasaydı..
Mən gülərdim hər xəzanda gül solmasaydı,
Ağlayardım öləndə ürəy durmasaydı..
Vurmasaydı indi tappa-tuppa-tappa...
Gülərdim, eşidilməsəm, ağlayardım,
Eşidilməsəm gülərdim,ağlaya bilməsəm,
Ağlayardım, ağlayanda gülməsəm...

(Nəqarət: Qaraqan)
Hər günümdə döyüşdüm, kölgələrlə,
Diz çöküb yalvardım Allaha.
Dualar etdim “Qurtar məni günahın əllərindən”
Səs gəldi “Həyatın öz əllərində”


Tarix: 30.03.2015 / 10:44 Müəllif: Aziza Baxılıb: 360 Bölmə: Host