beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

O Dönəcək

Nəqarət:Ayka)
Tərk etdiyin o yerdə tək
Hər gün eyni ümidlə gözləyərək.


(verse:Feck)
Səni, səni tanımadığım yeni sənsiz vaxtlarımda sevmişdim mən.
Səni, səni fikirləşdiyim sənsizliyimdə kəşf etmişdim mən.
Səni dağ zirvəsi bilib ətəklərinə çox uzağdan gəlmişdim mən.
Səni zirvədən də yüksəkdə buluddan beşikde körpə kimi yatdığını bilmirdim.
Sən mənim üçün film deyilsən ki, gözlərim sənin sonunu gözləsin.
Baş rolunu oynadığımız bu filmin sonu hər kəsi kövrəltsin sevincdən.
Sən ölümümdə son, doğuluşumda ilk nəfəsim, artdı həvəsim
Yarı olduğumu səni görəndən sonra dərk etdim.
Sənlə əl-ələ gəzdiyimiz küçələrin toz-torpağı doğma
Sənlə oturub dalğasına baxdığım dənizin çirkabı doğma
Sənlə kədərini daddığım o həsrətin xatirələri belə doğma gəlir.
Sənlə yaşadığım sevginin qorxusu doğma, içimi dəlir.
Yadıma düşəndə ki, bu məsafələri dəf edərək yeni görüş gəlir.
Qəfəsə bağlanıb sanki zaman, sanıyələr uzanhauzan, uzanhauzan..
Sənə desəm ki, uzaqda gördüyüm şəhərin işıqları saxta gözəllik.
Zövq ala bilmirəm, sənsiz qala bilmirəm, ah tez geri dönsəm.

(Nəqarət:Ayka)
Tərk etdiyin o yerdə tək
Hər gün eyni ümidlə gözləyərək.(x2)
O dönəcək


(verse:PRoMete)
Səni məndən ayırsaydı ölüm bəlkə belə çətin olmazdı.
Hər gün səni fikirləşməzdim, daha rahat olardı içim.
Ağlayardım hər gün biraz, gözüm arxanca qalmazdı.
Şəkillərinə baxardım, qədər ilə razılaşmazdım.
Bir gün ya mətbəx bıçağı, ya da ülgüc dost olardı damarlara.
Bu tərəflərdə səndən ayrı qalmazdım. Amma nə yazəı ki, yazı başqa
Sağsan və məndən ayrı.ona görə başqa fikirlər fırlanır başda.
Səni öldürmək hissi keçir içimdən. Buna görə, günəshim, məni bağışla.
Sənə yönləndirdiyim cavabsız çağırışlardır yəqin işlərivin tərs getməsinin tək səbəbi.
Qarşısın ala bilmirəm artıq artan əsəbin. Mən nə deyim ki, xoşuva gəlim?
Deyim ki, "Səni artıq sevmirəm", özümə yalan danışa bilmirəm, bunu məndən yaxşı bilirsən.
Yoxsa deyim "Səni dəlilər kimi sevirəm"? Yox! Səni səndən çox sevəcək qədər ağıllıyam
Bunu bilirsən.
Ya da mobil telefon, hələ de adıvın sonunda "m" hərfi durur.
Sadəcə mesaj yazacaq qədər mənlik balansımda yoxdu qürur.
Tüpürmüşəm zamanla əlaqəli bütün aforizmlərə, "Zaman unutdurur" kimi boş sözlərə.
Ya da ki, "Sevgilinə görə, sevgiyə görə çalışmaq lazımdı" kimi xoş sözlərə.
Şablonlardan uzaqlaşmışdım sənin nə olduğunu dərk edəndə.
Ya da ki, hamıdan fərqli,"Sən get, mən otururam" deyib məni tərk edəndə.
Sənin deyərək-gülərək keçirdiyin günlərdə mən hələ də "Necəsən?" soruşanlara cavabda deyirəm "Belə dəə".

(skit)
Əgər sən qarşılıqlı məhəbbətsiz sevirsənsə, yəni sənin sevgin bir sevgi olaraq cavab sevgisi doğurmursa, bir sevən adam kimi sən həyatı təzahürü üzrə sevdirə bilmirsənsə onda sənin sevgin gücsüzdür. Bu.. Bu bədbəxtlikdir

(Nəqarət:Ayka)
Tərk etdiyin o yerdə tək
Hər gün eyni ümidlə gözləyərək.(x2)
O dönəcək


Tarix: 30.03.2015 / 09:45 Müəllif: Aziza Baxılıb: 477 Bölmə: Host