beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sətiraltı

(verse:PRoMete)
Bir gün uçacaq bu qaranquşlar yuvasından köçəcək gedəcək,
Hər günü eyni yaşamaqdan bezəcək,durmadan uçacaq gedəcək
Dəli şair qoyacaq bir gün qələmini kənara öz təbirincə,
Qatacaq suyuna zəhəri,danışıb özünə yalan içəcək öləcək.


(verse: PRoMete)
Rəssam kimiyəm,çəkirəm şəkilin,yağışın axan navalçalardan.
21 naxışlı xalçaçıyam,çıxarın naxışlarımı xalçalardan!
Bəxt quşum uçub qəfəsdən uzağa,bəxtim mənə hay verir məzardan.
Yolu tək getməkdən bezdim,Günəşi də seyr etməkdən uzaqdan.
Gecikən mənəm,tələsən əqrəblər,sualıma cavab verə bilən lal olmuş
Bezməli hadisələri sevməkdən deyil həyatım belə hadisələrə tuş.
Mənə nuş bu həyat,buraxın məni! Öz yolumun içində çox rahatam,
Səhra belə olsa.İlğım dolu,sağı-solu.susuz sarı qumu sovrulmuş.

(Nəqarət:PRoMete)
Bir gün uçacaq bu qaranquşlar yuvasından köçəcək gedəcək,
Hər günü eyni yaşamaqdan bezəcək,durmadan uçacaq gedəcək
Dəli şair qoyacaq bir gün qələmini kənara öz təbirincə,
Qatacaq suyuna zəhəri,danışıb özünə yalan içəcək öləcək.(x2)


(verse: AiD)
Sözü həzm elə.
Düzü tərs elə.
Fərz elə önündə kələ kötür mənzərə.
Falı bağlı cüt zərə, qolu bağlı bütlərə
Əsir olub,igid olub elə-belə gülə-gülə.
Mən H.O.S.T sən kölə.
Yolunda yüz dərə.
Yolu keç,düzü seç,qoşul indi bizlərə.
Keçmişində qara ləkə olub? Onu Unudasan bəlkə?!
Ətimizdən yüz tikə dad dəyiş cütü təkə.
Ardımızda iz,haqqımızda diss.
Mənə qarşı siz xətt çəkərdiniz.
Əyri yoldasız,artıq dardasız,
Sözü xoş repiniz,puldu dərdiniz.
İçi boş qutu,gözdən yuxu axanda dinlə
Siçan da fillə,yas da kəbinlə,mən də səninlə.
Hər söz bir işarə,budu fərqimiz.

(Nəqarət:PRoMete)
Bir gün uçacaq bu qaranquşlar yuvasından köçəcək gedəcək,
Hər günü eyni yaşamaqdan bezəcək,durmadan uçacaq gedəcək
Dəli şair qoyacaq bir gün qələmini kənara öz təbirincə,
Qatacaq suyuna zəhəri,danışıb özünə yalan içəcək öləcək.


(verse: Dərviş)
Bu otaq, bu da mən,bu zəhər, bu da mən,
Bu həyat, bu da qəm,bu saçım, bu da dən.
Bu fikir, bu da sən.
Yolumuz bəlli,izimiz fərqli,sözümüz içdən.
Ud HAVAmızdan,qorx ODdan,
İç SUyumuzdan,dad TORPAQdan.
İlahi ordumuz zülməti aşdı.
Fikir çaylarımız selə donub daşdı.
Atdılar daş topuğa dəyməz.
Min əks fikir əqidəni dəyişməz.
Dirildməz içimizə yad hissləri,
İtirməz heç vaxt hopmuş izləri.
Reytinqləri partlatmaq məqsəd deyil,
Hədəf söküy ürək səhnələri.
Bu H.O.S.T, bu da rep.
Bu həyat , bu da qan.
Bu zaman , bu da an.
Dərvişlə tamam

(Nəqarət:PRoMete)
Bir gün uçacaq bu qaranquşlar yuvasından köçəcək gedəcək,
Hər günü eyni yaşamaqdan bezəcək,durmadan uçacaq gedəcək
Dəli şair qoyacaq bir gün qələmini kənara öz təbirincə,
Qatacaq suyuna zəhəri,danışıb özünə yalan içəcək öləcək.


Tarix: 30.03.2015 / 09:47 Müəllif: Aziza Baxılıb: 421 Bölmə: Host