beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Osmanlılarda vəzarət

Əsas məqalə: Osmanlı dövləti
Əsas məqalə: Sədrəzəm

Osmanlı dövlətində vəzir nişanı

Osmanlılarda vəzirlik, daha əvvəlki İslam və Türk dövlətlərində olduğu kimi, tək olduğu zaman vəzir, çox olduqları zaman isə vəziri-əzəm (baş nazir), hökmdarın mütləq vəkili idi. Bu müəssisənin Səlcuqlardan Osmanlılara keçməsi çox təbiidir. Bu müəssisə ilk dəfə Orxan Qazi (1324-1362) zamanında yaradılan divan təşkilatının başına vəzir olaraq bir şəxsin təyin edilməsi ilə başlar.

Padşahın fərmanı ilə vəzifəyə başlayan vəziri-əzəm (baş nazir), vəzifə və səlahiyyət baxımından, padşahdan sonra dövlətin ən böyük idarəçisi idi. Çox səlahiyyətləri olduğu kimi, yükü də çox ağırdı. Osmanlı vəziri-əzəmı (daha sonra sədri-əzəm), dövlət, din, hüquq, təhsil, təlim-tərbiyə, ictimai həyat, iqtisadi həyat, hərbi və s. kimi bütün işlərə məsul olan bir kimsədir. O, padşahın mütləq vəkili olaraq dövlət səviyyəsində ikinci yeri tuturdu.

Sultan Süleyman Qanuninin vəziri Lütfü paşa (1539-1541), vəziri-əzəmlərin əxlaq və ədəblərindən bəhs edərkən onların istər hökmdar, istərsə də xalqa qarşı necə davranmalarının lazım gəldiyini belə izah edir:

"Vəziri-əzəmdə artıq dərəcədə dünya həvəsi olmamalıdır. İşləri öz mənafəyi üçün deyil, Allah Rızası üçün görməlidir. Hər işində Allahın razılığına riayət etməlidir. Çünki bu məqamdan daha yüksək bir məqam yoxdur ki, vəziri-əzəm ona çatmaq üçün çalışsın. Padşaha hər şeyi doğru olaraq söyləməlidir. Güvəndiyi kəslərlə görüşüb vəzifə üçün kimlərin daha liyaqətli olduğunu araşdırmalıdır. Rüşvət ilə heç kimi vəzifəyə gətirməməlidir. Xalqa qarşı çox yaxşı davranmalıdır. Xəstəlik və kasıblıqdan sıxıntı içində olanları axtarmalı və onlara yardım etməlidir. Din və dünya işləri nə qədər bəsit olursa-olsun vəziri-əzəmlər onları, padşaha deməlidirlər. Heç bir şeyi kiçik görüb də qırağa qoymamalıdırlar. İstər sədri-əzəmlər və istərsə də digər vəzirlər, gündə beş vaxt namazı öz evlərində camaatla qılmalıdırlar".

Geniş səlahiyyətləri olan Osmanlı sədri-əzəmlərinin məsuliyyəti də o nisbətdə böyük idi. Məlum olduğu kimi onun məsul olduğu sahələrdə tək başına hökm və qərar verməsi, və bütün dövlət işlərini görməsi ağla sığmazdır. Bu baxımdan bir çox yardımçı işçi işlətmək və onlardan istifadə etmək məcburiyyəti yaranmışdı. Dövlət işlərini divanda görürdü. Divan sübh namazından sonra hökmdar (Fateh Sultam Məmmədə qədər) və ya vəziri-əzəmın başqanlığında toplanırdı.

Avşarlar dövlətində vəzarət
Əsas məqalə: Nadir şah Qırxlı-Avşar

Nadir şah Qırxlı-Avşarın vəziri

Qacarlarda vəzarət
Əsas məqalə: Qacarlar dövləti



Qacarların baş vəzirləri
Haci Ibrahim xan Kələntər Şirazi (1779 – 14 Aprel 1801)
Mirza Muhammad Şəfi Mazanderani (1801 – 1819)
Haci Məhəmmədhüseyn xan Nizaməddövlə (Sadr İsfahani) (1819 – 1823)
Əminədövlə, Abdulla xan Sədr İsfahani (1823 – 1825) (1-ci dəfə)
Allahyar xan Dəvəli-Qacar (1825 – 1828)
Əminədövlə, Abdulla xan Sədr İsfahani (1828 – 1834) (2-ci dəfə)
II Mirzə Əbülqasım Qaimməqam (1834 – 1835)
Haci Mirzə Ağası Bayat (1835 – 1848)
Mirzə Tağı xan Əmir Kəbir (1848 – Noyabr 1851)
Mirzə Ağa xan Nuri (Noyabr 1851 – 1858)
Mirzə Hüseyn xan Müşirəddövlə, Sipəhsalar (12 Dekabr 1871 – Sentyabr 1873)
Mirzə Yusif xan Aştiyani (September 1873 – 1880) (1st time)
Kamran mirzə Qovanlı-Qacar (1 iyul 1880 – 1885)
Mirzə Yusif xan Aştiyani (1885 – 1887) (ikinci dəfə)
Mirzə Ələsgər xan Əminüssultan (1887 – Noyabr 1896)
Boş (November 1896 – February 1897)
Əli xan Əminəddövlə (Fevral 1897 – iyun 1898)
Mirzə Ələsgər xan Əminüssultan (iyun 1898 – 24 yanvar 1904) (ikinci dəfə)
Əbdülməcid mirzə Qovanlı-Qacar, Eynəddövlə (24 yanvar 1904 – 5 avgust 1906)
Mirzə Nəsrulla xan, Müşirəddövla (1906 – 18 Fevral 1907)
Əli xan Vəzir Əfxam (Fevral 1907 – Aprel 1907)
Həsən xan Mustoufi əl-Məmalik (15 iyul 1910 – 19 iyul 1911, 1 iyul 1914 – 1 Fevral 1915, 18 Avgust 1915 – 25 Dekabr 1915, 7 iyul 1917 – 19 Dekabr 1917, 30 yanvar 1923 – 15 iyun 1923)
Mirzə Həsən xan Vüsuqəddövlə
Mirzə Cavad xan Sədəddövlə
Məhəmmədəli xan Əlaüssəltənə
Əbdülhüseyn mirzə Fərmanfərma
Əbdülməcid mirzə Qovanlı-Qacar
Səməd xan Mümtazəssəltənə
Həsən Pirniya
Rza xan Sipəh


Tarix: 01.03.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 392 Bölmə: Dunya ve tarixi