beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

II Kosova döyüşü

Osmanlı türklərinə qarşı altıncı xaç yürüşü

17 oktyabr 1448-ci ildə müxtəlif Avropa dövlətlərindən yığılmış xaçlı ordusu ilə Osmanlı qoşunları arasında II Kosova döyüşü başlayıb. 70 minlik Xaçlı ordusuna macar hökmdarı Yanoş Hunyadi, 60 minlik Osmanlı türklərinə sultan II Murad (Mehmet Fatehin atası) başçılıq edirdi. Döyüşdən bir gün qabaq sultan Murad döyüş məsuliyyətini xaçlıların boynuna qoymaq və hərbi vəziyyəti öyrənmək məqsədilə Hunyadi Yanoşa 8 nəfərlik heyət göndərərək saziş anlaşması təklif etdi. Xaçlılar buna razı olmadı. 17 oktyabr sübh çağı başlayan döyüş ilk saatlarda yüngül hücumlarla davam etdi.

38 cinahdan hücum

Günortadan sonra ordusunu 38 qola ayıran Hunyadi güclü hücuma keçdi, ancaq nəticəsi olmadı. Türklər də bir nəticə qazanmadı. Düşmən əsgərlərinin hamısı zirehli olduğu üçün qılınc və ox işləmirdi. Axşam qaranlığı çöküncə hər iki tərəf əvvəlki xətlərinə çəkildi. Yanoş türklərin axşam qaranlığından istifadə edərək geri çəkiləcəklərini zənn edirdi. Ancaq xəbərçilər türklərin çəkilmək niyyətində olmadığını, əksinə ikinci bir hücuma hazırlaşdığını söylədilər. Buna görə də Yanoş gecə basqınına qərar verdi. Basqın oldu. Bunu türk ordugahı əvvəlcədən öyrənməmiş və çox pis vəziyyətə düşmüşdü. Lakin hücumu dağıtmaq onlara müyəssər olur.

Ənənəvi türk taktikası

Səhər olunca xaçıların sağ və sol cinahları hücuma keçdi. Sultan Murad böyük sərkərdələrə xas dühasıyla özünü məğlub olur və geri çəkilirmiş kimi göstərərk cinahları astaca geriyə çəkdi. Bu çəkilməni görən xaçlılar qələbə çaldığını sanıb bütün gücüylə mərkəzə hücum etdi. Mərkəz möhkəm dayanmışdı. İki saat bütün qüvvələri mərkəzə toplayan xaçlılar hücuma davam edərkən sultan Murad ön qüvvələrini də yavaş-yavaş geri çəkməyə başladı. Amma eyni anda sağ və sol cinahları hücuma keçirərək düşməni dairəyə aldı. Xaçılar irəlilədikcə türk ordusunun cinahları qapanır, dairə daralırdı. Çox cəld gerçəkləşdirilən bu manevrdən sonra düşmən səhvini anlamışdı, amma gec idi. İndi hər tərəfdən hücuma məruz qalır və qaçacaq yer tapmırdı. Az sonra rəqib orduda çaşqınlıq başladı. Onlardan heç kim ata minmir, piyada, bir-birini ayaqlayaraq qaçmağa çalışır, dağılırdı. Yanoş axşama doğru döyüşü tamam uduzduğunu anlamış və ordusunu bu vəziyyətdə buraxıb qaçmışdı. Ertəsi gün səhər erkən xaçlı barrikadaları yarılmış, müqavimət göstərənlər məhv edilmiş, qalanları əsir alınmışdı.

Nəticə

İki gün yarım sürən II Kosova döyüşü də türklərin qəti qələbəsiylə nəticələnincə Avropa türkləri Balkanlardan çıxarıb ata bilməyəcəyini yaxşı başa düşdü. Yanoş Hunyadi isə bu məğlubiyyətdən sonra bütün etibarını itirərək tarix səhnəsindən silindi. Osmanlılara qarşı olan bu altıncı xaçlı səfərində də qələbə əldə edə bilməyən Avropa artıq xaçlı səfərləri təşkil etməyəcək, müdafiə vəziyyətinə keçəcəkdi.

Ədəbiyyat

Rəfiq Özdək - "Türkün Qızıl Kitabı" Bakı, 1993


Tarix: 28.02.2013 / 21:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 315 Bölmə: Dunya ve tarixi