beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Paris Sülh Konfransı

Birinci Dünya Müharibəsindən sonrakı dünyanın taleyini həll etmək məqsədi ilə " Antanta" ölkələri və ABŞ-ın Parisdə çağırdıqları sülh konfransdır.1919-cu il yanvarın 18-dən iyunun 28-ə kimi davam etmişdir. Burada 27 ölkə təmsil olunurdu. Məğlub ölkələr və Sovet Rusiyası konfransa dəvət almamışdlar. Konfransda aparıcı rolu " Böyük üçlük"- ABŞ prezdenti Vudro Vilson, İngiltərənin baş naziri Lloyd Corc və Fransa baş naziri C.Klemanso oynayırdı.Konfransda məqsəd Almaniya və məğlub dövlətlərlə sülh müqavilələrini hazırlamaq idi. Müqavilənin əsasını V.Vilsonun konqresə təqdim etdiyi " 14" maddətəşkil edirdi. Bu maddələrin məğzini dünyanın ədalətli surətdə yenidən qurulması prinsipləri ( gizli diplomatiyadan imtina, azad ticarət, silahlanmanın azaldılması, xalqlara öz müqəddaratını təyin etmək hüququnun verilməsi və s.) Təşkil edirdi 1919-cu il iyunun 28-də ParisinVersal sarayında Almaniya ilə sülh müqaviləsi imzalandı


Tarix: 28.02.2013 / 21:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 363 Bölmə: Dunya ve tarixi