Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

II Abbas

II Şah Abbas Səfəvi-(31 dekabr 1632-1666), hökmranlıq illəri (1642-1666), Səfəvilər dövlətinin hökmdarı

Mündəricat
1 Həyatı
2 II Şah Abbas Səfəvi və Gürcüstan
3 İstinadlar
4 Həmçinin bax
5 Xarici keçidlər


Həyatı

31 dekabr 1632-ci ildə İsfahanda doğulmuşdu.

II Abbas (1642-1666) belə erkən yaşında hərəmxana təlim-tərbiyəsindən aralanıb şahlıq taxtına yiyələnməsi çox mütərəqqi təsirə malik olur. Rus tarixşünaslığında isə II Abbasın " Saray intriqalarının iradəsilə idarə olunduğu" vurğulanır. 1648-ci ildə Şah II Abbas Qəndəharı moğollardan geri almağa nail olur. Daha sonralar o ordunun əvvəlki döyüş qabiliyyətini bərpa etməyə cəhtlər etsə də, ölümü, başladığı işi yarımçıq qoyur. L.Lokhart göstərir ki," Təbiətən qəddar şəxs olan II Abbas ümumulikdə, ölkəni ağılla və ədalətlə idarə edirdi. Atası və gələcək sələfləri kimi o da, tufeyli həyat tərzinə meyl göstərsədə, hakimiyyət buxovlarını əlindən buraxmırdı". A.Bakıxanov da "ədalətlilik, ciddilik və poeziyaya məhəbbətin"[1] II Abbasın səciyyəvi cəhətləri olduğunu qeyd edir.

C.Malkolm II Abbas barəsində yazır :"Şəraba aludəçilik bu şahzadəni tez-tez ekstaz vəziyyətlərə salır onun hakimiyyətinə xələl gətirirdi.Məhz belə anlarda o çox dəymədüşər, əsəbi və ədalətsiz olur.Bu növ ekstazlar əsasən sarayın daxilində baş verdiyindən ölkə əhalisi onu İranda bütün dövrlərdə hakimiyyətdə olmuş padişahların ən görkəmlisi və ədalətlisi kimi tanıyırdı. II Abbas dövlət məmurlarına qarşı sərt, camaata qarşı isə mülayim və səbrli idi, öz təbəələrinin həyat və tərəqqisini lazımınca təmin edirdi. Abbas adını daşıdığı böyük babası kimi bütün dinlərə münasibətdə tolerantlıq nümayiş etdirirdi. Ancaq xristianlara qarşı xüsusi, müsbət mənada fərqli münasibət bəsləyirdi. "[2]

II Abbasın dövründə Səfəvi dövləti ilə Rusiya arasında ticarət əlaqələrinin əhəmiyyətli dərəcədə möhləmləndiyi , Fransız tacirlərinə də imtiyaz hüquqları verildiyi bizə mənbələrdən məlumdur. II Abbas 33 yaşında (1666) vəfat edir.

II Şah Abbas Səfəvi və Gürcüstan

1642-ci ildə hakimiyyətə gələn Səfəvi hökmdarı II Şah Abbas babası I Abbas Səfəvi kimi Borçalıya xüsusi diqqət yetirirdi. O, hər vasitə ilə Borçalı türklərinin öz yurdlarında möhkəmlənməsinə çalışırdı. Bu məqsədlə Baxtrion və Allahverdi qalaları daha da möhkəmləndirildi. 1660-cı ildə Əhmədlidə (Axmeta) öz qüvvələrini birləşdirən Araqvi və Ksani eristavları (Şalva və Elizbar) Baxtrion qalasını mühasirəyə aldıqda Zezva Qaprindaulinin başçılıq etdiyi tuşinlər, Qoqalaurinin başçılıq etdiyi pşavlar və Nadir Xoşaraulinin başçılıq etdiyi xevsurlar da onlara qoşuldular. Qaxet gürcüləri isə Bidzina Çolokaşvilinin başçılığı altında Allahverdi qalasını mühasirəyə aldılar. Sayca çox olan gürcülər hər iki qalanı tutaraq dağıtdılar və müsəlmanlara qanlı divan tutdular. Bundan xəbər tutan II Şah Abbas (1642-1666) dərhal Şahnəvaz xandan cinayətkarların cəzalandırılmasını tələb etdi. 18 sentyabr 1662- ci ildə Şah II Abbasdan aman istəməyə gedən Şalva, Elizbar və Bidzina borçalıların ixtiyarına verildi. Onların hər üçü edam olundu. Bu çıxışın əsas "ilhamvericisi" Zaal Eristavı isə Şahnəvaz xan özü edam etdirdi. Şah Qaxetin də idarəsini Şəhnəvaz xana həvalə etdi.Bundan ruhlanan Şahnəvaz xan özbaşınalıq edərək 1639-cu ildə Səfəvilərlə Osmanlı arasında imzalanmış Qəsri – Şirin müqaviləsinə əsasən Osmanlının təsir dairəsinə daxil olan Meqreliyaya öz oğlu Arçili hakim qoydu. Şahnəvaz xanın bu addımını Osmanlının daxili işlərinə qarışmaq kimi dəyərləndirən sultan, Səfəvi şahından öz canişişinini belə hərəkətlərdən çəkindirməyi tələb etdi. Arçil dərhal Meqreliyadan geri çağrıldı. Bu zaman Teymurazın Rusiyadan qayıdan nəvəsi İrakli Qaxeti ələ keçirməyə təşəbbüs göstərsə də, Şahnəvaz xan tərəfindən geri oturduldu. Darmadağın olunmuş İrakli Torqa qalasında gizləndi.

İraklinin anasının aman istəyəni nəzərə alan Şahnəvaz xan 1664-cü ildə Torqa qalasını tutsa da İrakliyə toxunmadı. Şah II Abbas, Şahnəvaz xanın oğlu Arçili müsəlman edərək, Qivi adlı gürcünü də ona qoşub Qaxetə vali təyin etdi. İslamı qəbul etmiş Arçilə Şahnəzər adı verildi. Lakin İraklinin yenidən Qaxeti ələ keçirmək niyyətini eşidən Şahnəvaz xan oğlunun köməyinə gələrək,İraklin Tuşetə qovdu. Atskveri qalasında qalan vali qızılbaş ordusunun əsas hissəsini Tiflisə geri göndərdi. Qızılbaş ordusunun Tiflisə getmə xəbərini duyan Qaxet gürcüləri İrakliyə Şahnəvaz xana qarşı gecə hücumu etməyi məsləhət görərək, kömək edəcəklərini bildirdilər. Şahnəvazın yanında olan Qivi və Sisişvilinin dəstələri valini qoyub qaçsalar da, Baydar sultanı İraklinin gecə hücumunun qarşısının alınmasında mühüm rol oynadılar. Bu döyüşdə Təhmas Türküstanaşvili xüsusi igidlik göstərərək, Şahnəvazı gerçək ölümdən qurtardı. İrakli tərəfdarları qaçdılar. Qaçanları təqib edən Şahnəvaz xan onların kəsilmiş başlarından qüllə düzəltdirdi. Bu hadisədən sonra Şahnəzər xan Qaxetdə daha da möhkəmləndi. İrakli yenidən Rusiyaya qayıtdı. Qaxet tavadlarının rəğbətini qazanmaq istəyən Şahnəzər xan İraklinin bacısı Katevanla evləndi.


Tarix: 01.03.2013 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 548 Bölmə: Dunya ve tarixi
loading...