beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Osmanlıların və özbəklərin Azərbaycana qarşı birgə hücumu

Şah I Təhmasib 1576-cı ildə öldü və oğlu İsmayıl şah oldu. Şah II İsmayıl dövrü sakitlik içində keçdi. Ancaq onun hakimiyyəti uzun sürmədi və 1578-ci ildə sui-qəsd nəticəsində öıdürüldü. Hakimiyyətə isə böyük qardaşı Məhəmməd keçdi. Bu arada Osmanlılar 1555-ci il sülh müqaviləsini pozaraq Azərbaycan sərhəddini keçdilər. 1578-ci ildə Qızılbaşlar İmamqulu xan Qacar rəhbərliyində Çıldır düzündə Osmanlıları qarşıladılar. Ancaq Qızılbaşlar məğlub olaraq Qarabağa çəkildilər.

Osmanlı ordusunun rəhbəri Lələ paşa 1578-ci ildə Tiflisi ələ keçiridi və Alazan çayını keçdi. Ancaq o burada Qızıbaşlarla qarşılaşdı. Çayın sahilində baş verən döyüşdə Osmanlılar məğlub oldular, amma Qızılbaşlar Şirvanı tərk etdilər və Qarabağa çəkildilər. Bunu fürsət bilən Lələ paşa Şirvanı ələ keçirdi. 1579-cu ildə Krım tatarları Şirvana soxuldular, lakin Mollahəsənli adlı yerdə məğlub olaraq qaçdılar. 1583-cü ildə Qızılbaşlar Məşəl savaşında məğlub oldular və Şirvan tamamilə Osmanlılara keçdi, həmin il Fərhad paşa tabeliyindəki əsgərlərə Çuxursəədi ələ keçirdi.

Osmanlıların artan hücumu qarşısında Şah IV Məhəmməd Qəzvinə çəkildi. 1585-ci ildə Təbriz işğal olundu. Bu vaxt özbəklər Xorasana daxil oldular və Xorasanı özlərinə tabe etdilər. 1587-ci ildə şah öldü və oğlu Abbas taxta çıxdı. Şah I Abbas 1590-cı ildə Osmanlıyla İstanbul sülh müqaviləsini imzaladı. Müqaviləyə görə Kartli, Kaxetya, Mesxetya, Şirvan, Qarabağ, Çuxursəəd bəylərbəylikləri və Təbriz bəylərbəyliyinin qərbi Osmanlıya verildi. Şah Xorasanın özbəklərdə qalmasına razılıq verdi və səfərə çıxmadı.


Tarix: 01.03.2013 / 20:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 144 Bölmə: Dunya ve tarixi