Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sultan Mahmud Qəznəvi

Sultan Mahmud Qəznəvi (971–1030) — Qəznəvilər dövlətinin hökmdarı (998-1030)Mündəricat
1 Atasının dövründə
2 Hakimiyyəti
3 Sultan Mahmudun daxili siyasəti
4 Ailəsi
5 Siyasi dəyişikliklər və ölümü
6 Sultan Mahmud haqqında rəvayətlər
7 Həmçinin bax


Atasının dövründə

994-cü ildə Samanilər dövlətinə xidmət edən Mahmud II Nuh tərəfindən Xorasan hakimliyini almışdı.

Hakimiyyəti

Səbutəkin öləndən sonra oğlu Sultan Mahmud Qəznəvi (998-1030) hakimiyyətə gəldi. Tarixdə ilk dəfə «sultan» titulu Mahmuda verilmişdir. Samanilər dövləti 999-cu ildə dağıldı, onun ərazisi Qəznəvi və Qaraxanlı dövlətləri arasında bölüşdürüldü. Nəticədə keçmiş Samani torpaqları olan Xorasan, Xarəzm, Sistan və indiki Əfqanıstan Qəznəvi dövlətinə qatıldı.

Mahmud Qəznəvi 1001-1026-cı illərdə 17 dəfə Hindistana hücum etmişdi. Onun şimal və şimal-şərq torpaqlarını, yəni Kəşmir, Pəncab, Qucarat vilayətlərini Qəznəvi dövlətinə qatmış, Hindistandan çoxlu qənimət əldə etmişdi. Mahmud hakimiyyətini qərbi İranda yaymaq məqsədilə 1029-cu ildə Rey, Həmədan və İsfahan əyalətlərini, az sonra Gur əyalətini tutdu. Sultan Mahmudun hakimiyyətinin son dövründə Qəznəvi dövləti Hindistandan Xarəzmə və Xəzər sahili torpaqlara qədər ərazini əhatə edirdi.

1002-ci ildə I Xələfi devirərək Səffarilər dövlətinə son qoymuşdu. 1008-ci ildə Racput Konfederasiyasını məğlub edən Mahmud Şahilər sülaləsini Hindistanın dərinliklərinə qovdu. Sultan Mahmud hinduizmə nifrət edirdi və hər hücumunda onlarla məbəd dağıdılırdı. O Rey və İsfahan kitabxanalarını Qəznəyə köçürmüşdü. Firdövsi məşhur Şahnamə əsərini Sultan Mahmudun sifarişi ilə yazmışdı.


Tarix: 01.03.2013 / 20:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 556 Bölmə: Dunya ve tarixi
loading...