beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

+++++++++++++++Limonlu Cheesecake.

Döşəməsi üçün:
1 paket biskvit
50 qram əridilmiş kərə yağı

Pendir kremi üçün:
1 paket labne pendir (200 qram)
1 su stəkanı qatıq
2 ədəd yumurta
2 yemək qaşığı un
1 limon qabığı rəndəsi
1 çay qaşığı vanil
1 su stəkanı toz şəkər

Limon sousu üçün:
50 qram kərə yağı
1 çay stəkanı toz şəkər
1 yumurta
1 çay qaşığı limon qabığı rəndəsi
2 yemək qaşığı limonun suyu

Hazırlanması:
Biskvitləri rondoda çəkib un halına gətirin. İçinə ərimiş kərə əlavə edib yoğurun. Biskvit xəmiri yaxşıca sıxaraq soba boşqabın döşəməsinə döşəyin. Soyuducuda 30 dəqiqə istirahət etdirin. Pendir və qatığı dərin bir qaba alıb mikserlə çırpın. Şəkəri əlavə edib çırpmağa davam edin. Yumurtaları əlavə edib, yavaşca çırpın. Un, limon qabığını rəndəsini əlavə edib qarışdırın. Biskvit xəmiri şkafdan çıxarıb üzərinə pendirli qarışığı tökün. Əvvəldən isidilmiş 180 dərəcə sobada 30 dəqiqə bişirin. Keksi soyutmaq üçün soyuducuya qoyun. Limon sousunu hazırlamaq üçün istiliyə dayanıqlı bir qaba sous vəsaitlərini əlavə edin. İçi su dolu bir qabın içinə yerləşdirib, Benmari üsulu qarışdıraraq bişirin. Sousun soyuması üçün kənara qoyun. Dilimləyərək xidmət edin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 15:07 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Dünya mətbəxi