beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xaçapuri

Xəmiz üçün:
0.5 L qatıq
1-yumurta
1-ç.q. şəkər tozu
1-ç.q. soda və ya qabartma tozu
1-x.q. bitki yağı
Duz

İçlik üçün:
500 q pendir.

Hazırlanması:
Pendiri sürtgəcin iri gözündən keçirin.Unu qabartma tozu ilə qarışdırın.Bir qaba unu töküb ortasına qatıq, yumurta, duz, şəkər tozu və bitki yağı əlavə edin.Elastik xəmir yoğurub bir saat soyuducuda saxlayın.Xəmiri kiçik hissələrə ayırıb yayın.Ortasına pendir qoyun, xəmirin kənarlarını ortaya gətirib birləşdirin.Sonra onu tərsinə çevirib oxloyla yayın.Tavanı qızdırıb bitki yağı sürtün (əgər xaçapuri qızaran zaman şişərsə, çəngəllə deşiklər açın).Hazır xaçapurini kərə yağı ilə yağlayaraq üst-üstə yığın.İstəyə görə içliyə cəfəri və şüyüd də əlavə edə bilərsiniz.


Tarix: 29.11.2014 / 14:40 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Dünya mətbəxi